SOCAR Tbilisidə yeni xidmət mərkəzi açıb

SOCAR Tbilisidə yeni xidmət mərkəzi açıb
16:12 25 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 25 dekabr. REPORT.AZ/ Gürcüstanda fəaliyyət göstərən “SOCAR Georgia Petrolium” şirkəti Tbilisinin Vake rayonunun Çolokaşvili küçəsində yeni xidmət mərkəzini açıb.
"Report" Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinə istinadən xəbər verir ki, iki böyük xidmət mərkəzinin birləşməsi nəticəsində yaradılmış mərkəzdə müştərilərə universal operatorlar xidmət göstərəcəklər.
"SOCAR Georgia Petrolium"un məqsədi hər bir müştəriyə fərdi yanaşmanı təmin etmək, xoş atmosfer yaratmaq və yüksək keyfiyyətli xidmət göstərməkdir. Ötən il ərzində şirkətdə əhəmiyyətli dərəcədə dəyişikliklər baş verib, məhsulun və xidmətin keyfiyyəti yüksəlib", - deyə SOCAR-dan bildirilib.






Xəbərin orijinal ünvanı: http://report.az/energetika/socar-tbiliside-yeni-xidmet-merkezi-acib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR