Nardaranda əməliyyat keçirilib: saxlanılan var

Nardaranda əməliyyat keçirilib: saxlanılan var
16:14 25 Dekabr 2015
32 Ölkə
Ölkə mətbuatı
A- A+

 

Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları Nardaran qəsəbəsində əməliyyat keçirib. Lent.az “Report”a istinadən xəbər verir ki, Nardaran qəsəbəsi, Abşeron küçəsindəki evdə yaşayan Akif Nuriyevin evindən 5 ədəd patron, ov tüfəngi üçün 39 ədəd dolu patron, 8 ədəd boş patron, 9 ədəd patron doldurmaq üçün alət və vasitələr, ov tüfənginə məxsus 3 ədəd yarımkəsilmiş patron, 2 qutu barıt, 1 qutu alışdırıcı piston və 1 ədəd cib bıçağı aşkarlanıb.

 

A.Nuriyev saxlanılıb.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226588

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR