Erməni əsgər vuruldu

Erməni əsgər vuruldu
16:16 25 Dekabr 2015
36 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Ermənistan təmas xəttində bu gecə də gərginlik yaşanıb.

ANS PRESS-in erməni mətbuatına istinadla verdiyi məlumata görə, təmas xəttində daha bir erməni əsgəri öldürülüb.

Hərbçi bu gün saat 13 radələrində vurulub. Ölən 1997-ci il təvəllüdlü Karen Akulyandır.

ANS PRESS-in məlumatına görə, son günlərdə təmas xəttində gərgin vəziyyət hökm sürür. Erməni mətbuatına yer alan məlumata görə, son dəfə erməni əsgərin ölümü dekabrın 19-da qeydə alınıb. Bu, 1996-cı il təvəllüdlü Fidar İqoreviç Aloyandır.

17 dekabr axşam saatlarında təmas xəttində düşmənlə döyüş toqquşması erməni tərəfinin də itkisi ilə nəticələnib. Ermənilər 3 hərbçisinin öldüyünü açıqlayıb.
Onlardan ikisi gecə təmas xəttində atışma zamanı ölüb. Ölən əsgərlər bunlardır: Aqazi Qriqoryan (1996-cı il) və Ruben Aleksanyan (1996-cı il). Daha bir nəfər 1992-ci il təvəllüdlü Qor Oqanyandır. Onun hansı şəraitdə öldüyü araşdırılır.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, ermənilər ötən həftə ərzində 18 ölü və 20-dən artıq yaralı olaraq itki verib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368168

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR