​MTRŞ: "ANS-ə güzəşt etdik, onları 256 min manat cərimə edə bilərdik"

16:22 25 Dekabr 2015
18 Sosial
Ölkə mətbuatı
A- A+

Bunu "Report"a Şuranın Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.
O bildirib ki, radionun yayımının monotorinqi zamanı qeydəalınan qanun pozuntuları ilə bağlı dəfələrlə ANS ÇM-ə xəbərdarlıq olunsa da, şirkət qanun pozuntularına son qoymayıb: "Dekabrın 7-də yayımda 10-dan çox qanun pozuntusu qeydə alındı və dekabrın 8-də bununla bağlı şirkətə pozuntulara görə 5 min manat məbləğində cərimə ilə bağlı xəbərdalıq olundu. Buna baxmayaraq, dekabrın 9-da proses təkrarlandı. Bu dəfə 7 min cərimə ilə bağlı xəbərdarlıq protokolu göndərildi. Pozuntular davam etdiyinə görə, nəhayət, üçüncü dəfə qanun pozuntusunda ANS ÇM-in cəriməsi 8 min manata yüksəldi və nəticədə şirkət 161 min manat cərimə olundu".
MTRŞ rəsmisi qeyd edib ki, monitorinq ərzində radioda qeydə alınan qanun pozuntularının hər biri nəzərə alınsaydı, o zaman şirkət daha 95 min, ümumillikdə 256 min cərimə oluna bilərdi.
T.Dadaşov deyib ki, yayımçının monitorinqdən əvvəlki dövrlərdə də reklam yayımı ilə bağlı qanunun tələblərini pozması halları müşahidə olunub. Amma radiokanala güzəşt olaraq bu pozuntularla bağlı tədbir görülməyib: "Əgər əvvəlki dövrlərlə, yəni 7 dekabr 2015-ci il tarixdən əvvəlki dövrlə bağlı da inzibati tədbir görülsəydi cərimələr daha böyük olardı".
O əlavə edib ki, əslində bu, kanalın öz işidi, amma monitorinqdən əvvəlki dövrlərdə qanunu pozaraq efirə yerləşdirilmiş reklam bloklarının hesabına və monitorinq dövrü üçün edilmiş 95 min manat güzəşt kanalın cərimələri ödəməsində böyük yardımçı ola bilər.
"Ümumiyyətlə, ANS ÇM-in efirində uzun müddət ərzində kütləvi qanun pozuntuları olub. Belə ki, reklam blokları arasında məsafə qısaldılmaqla reklam bloklarının sayı artırılıb. Əslində, radionun efirində reklamın ümumi həcmi çox olmayıb. İstəsəydi kanal reklamın bir blokdakı həcmini artırmaqla, yəni blokun həcmini artırmaqla intervalları qanuna uyğun şəklə sala bilərdi. Burada ciddi proqramlaşdırma səhvi olub. Həmçinin, reklam bloklarının həcminin qısalığı ilə bəzən kanallar reklam verənləri daha yaxşı cəlb etmək niyyəti güdə bilirlər. Bir var 5-6 dəqiqəlik reklam blokları 15 dəqiqəlik intervaldan bir verəsən, biri də var 1-2-3 dəqiqəlik blokları 7-8-9 dəqiqədən bir. Reklam verənlər üçün bu, cazibədar olsa da, ictimaiyyətin maraqlarına və qanuna ziddir", - T.Dadaşov bildirib.

Xəbərin orijinal ünvanı: http://report.az/media/mtrs-ans-e-guzest-etdik-onlari-256-min-manat-cerime-ede-bilerdik

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR