Əməkdar artist Mətanət İsgəndərlinin üçüncü nəvəsi dünyaya gəlib. Lent.az-ın məlumatına görə, ifaçının övladı Kərimin qızı olub: “Üçüncü dəfə nənə oldum. Çox şadam. Hamı deyir ki, uşağa mən ad qoyum. Amma bilmirəm ki, nə adı qoyum. Öz adımı nəvəmə qoymağı da düşünürəm. Amma çəkdiyim əziyyətlər gözümün qarşısına gəlir, fikrimdən daşınmalı oluram. Amma hələ ki, bilmək olmaz. Bəlkə də öz adımı qoydum”.
Qeyd edək ki, M.İsgəndərlinin iki oğul nəvəsi də var.