Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

​Dövlət Baytarlıq Nəzarəti Xidməti Ağcabədi və Yevlaxda reydlər keçirib

Ermənistandan heç bir heyvan ölkəmizə idxal edilməyib - RƏSMİ (18 Mart 2017 23:04)
Dövlət Xidməti: Ermənistandan ölkəmizə heyvan və heyvan mənşəli məhsullar gətirilməyib (18 Mart 2017 22:43)
Azərbaycana Ermənistandan xəstə heyvan əti gətirilib? (18 Mart 2017 22:37)

Tarix: 25 Dekabr 2015 16:27

“Report” DBNX-yə istinadən bildirir ki, bununla əlaqədar Nəzarət Xidməti dekabrın 21-23-də Ağcabədi və Yevlax rayonlarının ərazilərində fəaliyyət göstərən heyvan kəsimi, ət qəbulu və ət satışı aparılan məntəqələrdə reydlərni davam etdirib.
Reydlər Daxili İşlər Nazirliyinin karantin tədbirlərini təmin edən əlahiddə polis taborunun iştirakı ilə aparılıb. Reydlər məntəqələrdə yararlığı şübhə doğuran ətlərin olub-olmaması və qeyri-qanuni heyvan kəsiminin qarşısının alınması məqsədi ilə aparılıb.
Reyd zamanı murdar olmuş və aqoniya vəziyyətində kəsilmiş heyvan ətlərinin tədarük edilməsinə təsadüf edilməyib. Bu işlə məşğul olan şəbəkə əməllərinin ifşa olunmaması üçün hazırda fəaliyyətlərini dayandırıb.
"DBNX bu istiqamətdə reydlər və nəzarət tədbirlərini davam etdirəcək", - deyə məlumatda bildirilir.

Teqlər:  Dövlət Baytarlıq Nəzarəti Xidməti Ağcabədi Yevlaxda reydlər keçirib



RƏYLƏR


Top xəbərlər