Qazaxıstanlı alimlər Bakı Dövlət Universitetində mühazirələr oxuyub

Qazaxıstanlı alimlər Bakı Dövlət Universitetində mühazirələr oxuyub
16:28 25 Dekabr 2015
18 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 25 dekabr, AZƏRTAC 
Bakı Dövlət Universitetində (BDU) Qazax xanlığının yaranmasının 550 və müasir qazax yazılı ədəbiyyatının banisi, filosof, böyük ictimai xadim Abay Kunanbayevin 170 illik yubileyi münasibətilə keçirilən beynəlxalq konfrans çərçivəsində Qazaxıstanın tanınmış alimləri BDU-da mühazirələr oxuyublar.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, tanınmış abayşünas, akademik Qarifulla Yesim və Qazaxıstan Milli Elmlər Akademiyası nəzdindəki M. Auezov adına Ədəbiyyat və İncəsənət İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Şakir İbrayev filologiya fakültəsinin tələbələri qarşısında “Abay Kunanbayevin yaradıcılığı və Qazax ədəbiyyatşünaslığının aktual problemləri” mövzusunda mühazirə ilə çıxış ediblər.
Akademik Bulat Kumekov və tarix elmləri doktoru, professor Bərəkət Karibayevin “Qazax xanlığının yaranması tarixi” mövzusunda tarix fakültəsində mühazirələri dinlənilib.
 




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qazaxistanli_alimler_Baki_Dovlet_Universitetinde_muhazireler_oxuyub-914391

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR