Bakı, 25 dekabr, AZƏRTAC
Sankt-Peterburqda keçiriləcək Valentin Qranatkinin xatirə turnirində iştirak edəcək 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının hazırlıq planı dəyişdirilib.
AZƏRTAC xəbər verir ki, turnirə Bakıda hazırlaşan yığmamızın toplanış müddəti artırılıb. Belə ki, dekabrın 18-dən etibarən bir araya gələn millimizin bu gün başa çatmalı olan toplanışı dekabrın 30-dək davam edəcək. Bu addım Təbriz Həsənovun yetirmələrinin yarışa daha yaxşı hazırlaşması məqsədilə atılıb.
Qeyd edək ki, yığmamız turnirdə ilk oyununu yanvarın 4-də Latviyaya qarşı keçirəcək.