Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Biz gedəcəyik, o qalacaq"

"Biz gedəcəyik, o qalacaq"

Date: 25 December 2015 16:37

Xalq artisti musiqi aşiqi olduğunu bildirib.

Milli.Az bildirir ki, publika.az-a açıqlama verən xanım Brilliant Dadaşova əhvalını yalnız musiqi ilə köklədiyini bildirib:
 
"Əhvalımı yalnız səviyyəli musiqi yüksəldə bilər. Musiqiyə ciddi yanaşmaq lazımdır. Çünki biz gedəcəyik, o qalacaq".
 
Brilliant Dadaşova bəzi xanımlar kimi daş-qaş, bər-bəzək əşyalarının əhvalına təsir etmədiyini bildirib:
 
"Bəzək əşyaları əhvalımı düzəldə bilməz. Əhval-ruhiyyəmə uyğun bəzək əşyası taxa bilərəm. Həm bijuteriya, həm zinət əşyalarım var. Bijuteriyalar zinət əşyaları ilə müqayisədə daha böyük olur. Sözsüz, səhnəyə çıxarkən iri, gözəgələn bəzək əşyalarından istifadə etməyə çalışıram".
 
Milli.Az


Tags:  Biz gedəcəyik qalacaq


RƏYLƏR


Top news