Qorqudşünaslığın işığında (FOTO)

Qorqudşünaslığın işığında (FOTO)
16:38 25 Dekabr 2015
22 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun informasiya təminatı sektoru

Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinə həsr olunmuş elmi-bədii yubiley tədbiri keçirildi. Tədbirdən əvvəl iştirakçılar teatrın foyesində təşkil olunmuş sərgi ilə tanış olublar.

Sərgidə “Kitabi-Dədə Qorqud”un tədqiqinə aid nəşrlər, bu eposla bağlı məktəblilərin çəkdiyi rəsmlər, eləcə də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən görkəmli alman şərqşünası və diplomatı Henrix Fridrix fon Ditsin 1815-ci ildə alman dilinə tərcümə edərək çap etdirdiyi “Basatın Təpəgözü öldürməsi” boyunun 25 dildə nəşri nümayiş olundu.

Təntənəli yubiley tədbirində Bilik Fondunun “Qardaşlaşmış məktəblər” layihəsinin iştirakçıları olan məktəblilər də iştirak etdilər. Quba şəhər 3 nömrəli tam orta məktəbin şagirdi Flora Səlimova tədbirdə Ümummilli lider Heydər Əliyevin “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik təntənəli yubileyi mərasimindəki çıxışından fraqmenti xüsusi maraq və diqqətlə izlədiyini dedi. “İlk dəfə idi ki, belə yüksək səviyyəli dövlət tədbirində iştirak edirdim. Təhsil aldığım məktəb Bilik Fondunun “Qardaşlaşmış məktəblər” layihəsinə qatılıb. Biz Fondun maarifçilik istiqamətində həyata keçirdiyi layihələrdə həvəslə iştirak edirik. Mən ilk dəfə belə böyük bir auditoriyanın qarşısında – Dram Teatrın səhnəsində çıxış edirdim. Doğma ləzgi dilimdə “Kitabi-Dədə Qorqud”un “Təpəgöz” boyundan bir fraqment oxudum. Bu, mənim üçün çox xoş oldu”.

Bilik Fondunun Beyləqan rayonu üzrə nümayəndəsi, N.Allahverdiyev adına 1 nömrəli tam orta məktəbin direktoru Gülbəniz Cəfərova Beyləqan məktəblilərinin Fondun xətti ilə “Qardaşlaşmış məktəblər“, “Kitabi-Dədə Qorqudun izi ilə” layihələrində yaxından iştirak etdiklərini, “Kitabi-Dədə Qorqud” və H.Fridrix fon Dits – 200” Beynəlxalq Şagird Konfransında uğurla çıxış etdiklərini xatırlatdı. “Yerli ziyalılar, şagirdlərimiz Bilik Fondunun layihələrinə böyük həvəslə qatılırlar. Bax belə mötəbər bir tədbirə bizim də dəvət almağımız bölgə ziyalısına, bölgə məktəblisinə dövlətin diqqət və qayğısının bariz nümunəsidir. Yubiley mərasimində Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin çıxışı bir məktəb direktoru kimi mənə çox mətləbləri xatırlatdı. Doğurdan da, ölkə başçısının müvafiq Sərəncamı qorqudşünaslığa yeni bir nəfəs verdi, ruh gətirdi, onun perspektivlərini müəyyənləşdirdi”.

Sabunçu rayonu 252 nömrəli tam orta məktəbin VII sinif şagirdi Dilan Abdullayeva tədbirdə “Kitabi-Dədə Qorqud” dastanından bir hissəni kürd dilində səsləndirdi. Dilan bu tədbirdə iştirakını ömrü boyu unutmayacağını deyir. “O qədər xoş təəssüratla ayrıldım ki... Məktəbdə “Kitabi-Dədə Qorqud” dastanı haqqında eşıtmişəm. Dastandan bəzi boyları oxumuşam. Burda isə ilk dəfə mənsub olduğum xalqın dilində - kürd dilində dastandan bir parça oxudum. Yaşım az olsa da anlayıram ki, 25 dildə dastanın “Təpəgöz” boyunun tərcümə olunaraq dərc edilməsi Dədə Qorqudun bizi birləşdirməsi deməkdir”.

Tədbirə Astaradan qatılan N.Gəncəvi adına orta məktəbin XI sinif şagirdi Şəbnəm Qurbanzadə deyir ki, belə bir tədbirdə iştirak etmək ona nəsib olduğu üçün çox sevinir. “Mən zala daxil olanda, belə möhtəşəm bir tədbirə qatıldığıma görə çox qürur duydum. Kamal Abdulla, Anar kimi yazıçılarla, nazirlərlə, görkəmli dövlət və mədəniyyət xadimləri ilə bir tədbirdə iştirak etmək, hələ onların qarşısında çıxış etmək bir Astara məktəblisi üçün məsuliyyətli və sevindirici idi. Talış dilində “Kitabi-Dədə Qorqud”dan bir hissəni oxudum. Bu, mənim üçün həm də gözlənilməz idi. Qəlbimdə belə bir istək yarandı - “Dədə Qorqud” dastanının tərcümə olunmadığı dil qalmasın! Qoy bütün dünya Azərbaycanın bu möhtəşəm abidəsi ilə tanış olmaq imkanı qazansın”.

Qəbələ rayon Nic qəsəbə 1 nömrəli tam orta məktəbin şagirdi Ronaldo Köçəri udi xalqının təmsilçisi kimi səhnəyə qalxdı, udi dilində dastandan bir parçanı səsləndirdi. “Türkiyə, Almaniya, Rusiya, İran, Gürcüstan, İtaliya və digər ölkələrdən gəlmiş alimlərin, qorqudşünasların iştirak etdiyi bir yubiley tədbirində Qəbələ məktəblisi kimi iştirakım məni çox sevindirdi. Xüsusilə Dram Teatrın səhnəsinə çıxmağım, ana dilimdə - qədim udi dilində “Dədə Qorqud”dan seçmələri səsləndirməyim heç vaxt yadımdan çıxmayacaq. Tədbirdəki musiqi nömrələrindən böyük zövq aldım. Dastan haqqında çoxlu yeni biliklər əldə etdim. Nicə qayıdanda dostlarımla bölüşəcəyim çox şey var”.

Bakıdakı 46 nömrəli məktəbin şagirdi, Nicat Fərəcullayev “Kitabi-Dədə Qorqud” və H.Fridrix fon Dits – 200” Beynəlxalq Şagird Konfransında da maraqlı məruzə ilə çıxış edib. “Bilik Fondunun təşkil etdiyi Şagird Konfransı mənə çoxlu dostlar qazandırdı. Bizi “Dədə Qorqud” birləşdirir. Yubiley tədbirində isə mən dastandan bir fraqmenti ivrit dilində oxudum. Çox xoşbəxtəm ki, ilk dəfə bu möhtəşəm dastanı belə yüksək səviyyəli tədbirdə ivrit dilində məhz mən səsləndirdim”.

2015-ci il bitir. Artıq dünya ədəbiyyatının və mədəniyətinin əvəzsiz abidəsi olan “Kitabi-Dədə Qorqud”un tədqiqata cəlb olunmasının 200 ili tamam oldu. İl ərzində həm ölkə daxilində, həm də xaricdə Respublika prezidentinin “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd olunmasına dair imzaladığı Sərəncama əsasən, müxtəlif tədbirlər keçirildi. Lakin bu, yekun deyil, hələ qarşıdakı onilliklərdə də bu Sərəncamdan irəli gələn məsələlər tədqiq olunacaq, qorqudşünaslıq daha da inkişaf etdiriləcək, şaxələnəcək. Bir məktəblimizin dediyi kimi – Qoy “Dədə Qorqud”un tərcümə olunmadığı dil qalmasın!

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Şəmkirə 3 milyon manat vəsait ayrıldı

22 Avqust 2017 19:00

5 yaşlı Zeynəbin quduzluqdan ölməsi ilə bağlı YEKUN RƏY: həkimlər cəzalandırıldı

22 Avqust 2017 18:58

Türkiyədən NATO-ya ZƏRBƏ: Müqavilə imzalandı

22 Avqust 2017 18:53

Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçuları təltif edilib

22 Avqust 2017 18:45

Şəmkirə 3 milyon manat ayrıldı

22 Avqust 2017 18:43

Polşanın eks-prezidenti Lex Valensaya qarşı cinayət işi açılıb

22 Avqust 2017 18:42

İrəvanın xəyalını puç edən REALLIQ: Rusiya və Türkiyə Ermənistanı oyundan kənarlaşdırır?

22 Avqust 2017 18:38

Prezident Şəmkir və Gədəbəyə pul ayırdı - SƏRƏNCAM

22 Avqust 2017 18:34

Elşad Həmidova fəxri adı verildi

22 Avqust 2017 18:30

Gədəbəy şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsinə 3 milyon manat ayrılıb

22 Avqust 2017 18:27

Aparıcı mərkəzi banklar bazarın maliyyələşdirməsinı dayandırır

22 Avqust 2017 18:27

Xüsusi Dövlət Mühafizə Xidmətinin bir qrup hərbi qulluqçusu təltif edilib

22 Avqust 2017 18:22

Gədəbəyə 3 milyon manat vəsait ayrıldı

22 Avqust 2017 18:21

Elmar Novruzova general-mayor ali hərbi rütbəsi verildi

22 Avqust 2017 18:21

Dünyanın ən bahalı çantaları haqqında bilmədiyiniz 10 FAKT - FOTO

22 Avqust 2017 18:18

Prezident İlham Əliyev Şəmkir Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayırıb

22 Avqust 2017 18:17

SOCAR-ın nəqliyyat vasitələri ekoloji müayinədən keçirilir

22 Avqust 2017 18:17

Mayonezin saça bu faydasını bilmirsiniz...

22 Avqust 2017 18:16

Elşad Həmidova “Əməkdar həkim” fəxri adı verilib

22 Avqust 2017 18:12

Bəxtiyar Hacıyev Elmlər Akademiyasını biabır etdi - 6 SƏRT SUAL

22 Avqust 2017 18:09

Elmar Novruzova general-mayor rütbəsi verilib

22 Avqust 2017 18:07

Əti necə bişirək ki, dadlı və yumşaq olsun? - FAYDALI MƏSLƏHƏT

22 Avqust 2017 18:03

Təlafərin azad olunması əməliyyatı davam etdirilir

22 Avqust 2017 18:01

“Marca” “Qarabağ”dan üzr istədi

22 Avqust 2017 17:58

Səfirlik: İspaniyanın "Marca" qəzeti Dağlıq Qarabağla bağlı yanlışlığı aradan qaldırıb

22 Avqust 2017 17:52

Azərbaycanlı gənclər kinosevərlər üçün yeni mobil tətbiqetmə yaradıblar

22 Avqust 2017 17:52

Ermənistan ordusunun hərbçiləri arasında dava olub

22 Avqust 2017 17:52

Fransanın şimalında 200 miqrantın iştirakı ilə kütləvi dava olub

22 Avqust 2017 17:52

“LUKoil” Özbəkistanda qaz layihəsinin əsas obyektlərini işə salıb

22 Avqust 2017 17:47

Millimizin baş məşqçisi: “Komandamız yaxşı formadadır”

22 Avqust 2017 17:47

BİABIRÇILIQ: Avtobusa oturacaq əvəzinə köhnə stul qoydular

22 Avqust 2017 17:45

"Orta məktəblərdə dinin tədrisindən söhbət gedə bilməz" - DİNİ KOMİTƏ

22 Avqust 2017 17:44

Zaurun Təhminəsi növbəti dəfə Bakıda – FOTOLAR

22 Avqust 2017 17:43

Güləşçimiz ermənini döşəyə çıxmağa peşman etdi - VİDEO

22 Avqust 2017 17:37

“Facebook” şirkəti “Safety Check” funksiyasını yeniləyib

22 Avqust 2017 17:35

XİN başçılarının Bakı görüşünün vaxtı məlum oldu

22 Avqust 2017 17:33

Ramil Usubov Pakistanın Azərbaycandakı səfiri ilə görüşüb

22 Avqust 2017 17:32

Maldiv adaları 60 ildən sonra ölüm hökmünü yenidən tətbiq edəcək

22 Avqust 2017 17:32

Bakıda avtobus sürücüsünü silahla hədələyən şəxsin başqa cinayətlər törətdiyi də məlum olub

22 Avqust 2017 17:27

Ermənistan ordusunda rüşvət halları artıb

22 Avqust 2017 17:27

Uşaqlar arasında virus yayılıb?

22 Avqust 2017 17:26

İrəvan Moskvanı nəçəyə “satır”? - İşğalçılar regionu “soyuq müharibə” MEYDANINA ÇEVİRİR

22 Avqust 2017 17:23

Dolların sabaha olan MƏZƏNNƏSİ

22 Avqust 2017 17:18

Sabah dolları bu qiymətə alacaqsınız

22 Avqust 2017 17:14

MTRŞ sədri: "Reytinq ölçən təşkilatlar qeyri-şəffafdır"

22 Avqust 2017 17:09

Bu da Aygünün yataqda görüntüləndiyi oğlan – FOTO

22 Avqust 2017 17:08

Məşhur braziliyalı futbolçu görün hansı kluba getdi

22 Avqust 2017 17:07

Flora Kərimova Metbuat.az-ın qonağıdır

22 Avqust 2017 17:03

FHN-dən Neftçilər prospektindəki yanğınla bağlı

22 Avqust 2017 16:59

İki ay əvvəl əkiz anası olan Beyons arıqlayıb belə oldu - FOTO

22 Avqust 2017 16:58