Dəhşətli qərar: İŞİD bunu da etdi

Dəhşətli qərar: İŞİD bunu da etdi
16:42 25 Dekabr 2015
106 Digər
Ölkə mətbuatı
A- A+

"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatı dünyanın ən qəddar, təhlükəli terror təşkilatı sayılır.
Lakin bu terror qruplaşmasının fətvası dəhşət dərəcəsinin yeni "standart"ını müəyyənləşdirib.
Milli.Az Reuters-ə istinadən bildirir ki, İŞİD əsir aldığı və ya girov götürdüyü insanların bədən orqanlarını bu zavallılardan diri-diri çıxarmağın "caiz" olması barədə fətva verib.
68 saylı fətva 2015-ci ilin yanvarın 31-də hazırlanaraq təsdiqlənsə də, terrorçulara may ayında paylanıb. Sənədi ABŞ-ın xüsusi təyinatlı hərbçiləri mayın 16-da Suriyanın şərqində keçirdikləri əməliyyatda aşkarlayıblar. 
"Mömin müsəlmanın və mücahidin həyatını xilas etmək üçün mühriklərdən, yolunu azanlardan bədən əzalarının diri-diri kəsilərək götürülməsi üçün heç bir maneə yoxdur", - fətvada deyilir.

Sənəd İŞİD terrorçularının əsirlərin bədən əzalarını kəsib götürmələri və ya orqan ticarəti ilə məşğul olmasını təsdiqləmir. Fəqət, fətva bu dəhşətli cinayətə şərait yaradır.
Sənəddə "yolunu azan"ları müəyyənləşdirmək üçün şərtlər göstərilməsə də, terrorçuların kimləri belə adlandırdıqları bəllidir. İŞİD ideologiyasını bəyənməyən və dəstəkləməyən hər kəs bu terror təşkilatı üçün "yolunu azan", "müşrik"dir.
İraqın BMT-dəki səfiri Məhəmsməd Əli əl Həkim bəyan edib ki, sənəd BMT-nin Təhlükəsizlik Şurasında İŞİD-in insan əzaları ticarəti ilə məşğul olduğunu təsdiqləyən dəlil qismində müzakirə olunmalıdır.

Fevralda İŞİD Mosul şəhərində insanların əzalarını diri-diri kəsib götürməkdən boyun qaçırmış 12 həkimi edam etmişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/393097.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR