Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"İlham Əliyevin məni təltif etməsi xoşuma gəldi" - erməni idmançı

"İlham Əliyevin məni təltif etməsi xoşuma gəldi" -   erməni idmançı

Date: 25 December 2015 16:42

"Avropa Oyunlarında gümüş medal qazanmaq mənim üçün yaxşı nəticə idi, çünki həmin vaxt zədəli idim". Bu sözləri xsport.ua portalına müsahibəsində Ukraynada 2015-ci ilin ən yaxşı boksçusu olan erməni əsilli Gevorq Manukyan Bakıda keçirilən I Avropa Oyunları ilə bağlı təəssüratlarını bölüşərkən deyib.

Erməni idmançı Azərbaycan prezidenti İlham Əliyevin onu təltif etməsindən danışıb: "Zədəli olduğum üçün final oyununa çıxa bilmədim. Bəlkə də belə olması yaxşı oldu. Rəqibim azərbaycanlı Əbdülqədir Abdullayev pis idmançı deyildi. Məncə, rəqibim adi oğlan idi, ancaq mən yerli boksçu ilə döyüşürdüm. Bu isə çətin idi. Finalda zəiflər olmur. Heç bir neqativ hal baş vermədi. Məni Azərbaycan prezidenti İlham Əliyevin təltif etməsi çox xoşuma gəldi. O, auditoriyanı sakitləşirdi".


Fanat.az

Tags:  İlham Əliyevin məni təltif etməsi xoşuma gəldi erməni idmançı

RƏYLƏR


Top news