Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

​Türkiyə prezidenti intihar etmək istəyən vətəndaşı ölümdən qurtarıb

​Türkiyə prezidenti intihar etmək istəyən vətəndaşı ölümdən qurtarıb

Date: 25 December 2015 16:42

Bakı. 25 dekabr. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulun Boğaziçi körpüsündə intihar etmək istəyən vətəndaşın həyatını qurtarıb.
"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.
Məlumata görə, ölkə prezidenti İstanbulda Həzrəti Əli Məscində cümə namazını qıldıqdan sonra Beşiktaşdakı Mabeyn iqamətgahına doğru gedərkən Boğaziçi körpüsündə dayanıb. Bu zaman onun cangüdənləri intihar etmək istəyən bir nəfəri görərərk, ona yaxınlaşıblar. Ərdoğan oturduğu avtomobilin pəncərisinin şüşəsini aşağı endirərək, həmin adamı yanına çağırıb. O, prezidentin yanına gəlib. Rəcəb Tayyib Ərdoğanın əlini öpərək, prezidentə problemini danışıb. Ölkə başçısı ona problemlərinin həll olunacağını vəd edib.
Bundan sonra prezidentin müşaviri Mustafa Varank onu Mabeyn iqamətgahına aparıb.

Tags:  Türkiyə prezidenti intihar etmək istəyən vətəndaşı ölümdən qurtarıb

RƏYLƏR


Top news