"Bank of Baku"dan Bolkart sahibləri üçün "7 Günə 7 Hədiyyə"

"Bank of Baku"dan Bolkart sahibləri üçün "7 Günə 7 Hədiyyə"
16:43 25 Dekabr 2015
47 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 25 dekabr, AZƏRTAC
"Bank of Baku" "Bolkart" sahibləri üçün Yeni il ərəfəsində "7 Günə 7 Hədiyyə" adlı kampaniyaya start verir.
Bankdan AZƏRTAC-a bildiriblər ki, dekabrın 25-dən 31-dək keçirilən kampaniya çərçivəsində hər gün bir müştərinin hədiyyə qazanmaq şansı olacaq. Kampaniyada yalnız "28 Mall" Ticarət Mərkəzində yerləşən "Bolkart" tərəfdaş mağazalarında alış-veriş edən müştərilər iştirak edə bilərlər.
Kampaniyanın şərtlərinə görə, hər günün yekununa əsasən ən çox məbləğdə alış-veriş edən şəxs qalib elan olunur və Gigaset A220 stasionar telefon əldə edir. Kampaniyanın sonuncu günü də daxil olmaqla bütün dövr ərzində ən çox məbləğdə alış-veriş edən bir müştəriyə isə İpad mini hədiyyə olunur. Qaliblərin mükafatlandırılması hər növbəti gün "28 Mall" Ticarət Mərkəzində yerləşən "Bolkart" stendində aparılacaq. Kampaniya "Bolkart Gənc", "Bolkart Ailə", "Bolkart Gold", "Bolkart Diamond" ilə aparılmış alış-verişlərə şamil olunur.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/_quotBank_of_Baku_quotdan_Bolkart_sahibleri_uchun__quot7_Gune_7_Hediyye_quot-914399

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR