"Akkord" TANAP layihəsində uğurla çalışır

"Akkord" TANAP layihəsində uğurla çalışır
16:48 25 Dekabr 2015
23 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

“Akkord” Korporasiyasının beynəlxalq əhəmiyyətli TANAP layihəsi üzrə həyata keçirdiyi işlər sürətlə davam edir. Türkiyənin “Yüksel İnşaat A.Ş.” və İtaliyanın “SICIM S.p.A” şirkətləri ilə birgə bu önəmli layihəyə qoşulmaqla özünün fəaliyyət spektrini əhəmiyyətli dərəcədə genişləndirən “Akkord” gördüyü işlərlə əksər dünya ölkələrinin diqqət mərkəzində olan bu nəhəng layihədə iştirakının təsadüfi olmadığını hər gün daha inamla sübut edir.

Bütün qrafik üzrə işləri vaxtlı-vaxtında və yüksək keyfiyyətlə yerinə yetirən Korporasiya bu gün, olduqca əlverişsiz hava şərtlərinə rəğmən inşaat ərazisində icra etdiyi mükəmməl əməliyyatla daha bir uğura imza atıb. Cəmi bir gün ərzində və eyni zamanlı olmaqla 1684 m uzunluğunda boru xəttini yüksək təhlükəsizlik standartlarına tam şəkildə əməl etməklə boru yatağına yerləşdirməyi bacaran “Akkord” inşaat komandası bu yaxınlarda TANAP layihəsinin vaxtından əvvəl yerinə yetirilməsinin önəmini ifadə edən Azərbaycan və Türkiyə hökumət nümayəndələrinin bu işi yerinə yetirən şirkətlərin əzminə bəslədikləri ümidin əsassız olmadığını sübut edib. Bu əməliyyatla “Akkord” həm də üzərinə götürdüyü hər bir işin və vəzifənin öhdəsindən gəlməkdə nə qədər qərarlı və prinsipial olduğunu nümayiş etdirib.

Xatırladaq ki, 2014-cü il dekabrın 23-də imzalanan müqaviləyə əsasən, rəsmi şəkildə “Şahdəniz-2” layihəsi çərçivəsində çıxarılacaq təbii qazın Türkiyə üzərindən Avropaya nəqlini həyata keçirəcək beynəlxalq əhəmiyyətli TANAP layihəsinə qoşulan “Sicim-Yüksel-Akkord” ortaqlığı layihə üzrə Gürcüstan sərhədindən Əskişəhərə qədər olan 1337 km-lik boru xəttinin 450 km-lik hissəsinin (Ərzurum-Askala-Sivas-Yıldızeli) tikintisini həyata keçirir.
Xəttin tikintisi zamanı 56 düymlük, divar qalınlığı 19.45 mm-dən 28.01 mm-dək olan borulardan istifadə edilir. Layihə üzrə “Akkord” Koporasiyasının tikintisinə qoşulduğu 450 km-lik hissədə ümumilikdə, 1384 keçidin, o cümlədən 15-i böyük olmaqla 422 ədəd çay keçidinin, 14 ədəd əsas yol və dəmiryol keçidi, 14 blok sürgü stansiyası, 1 ədəd boru təmizləmə qurğusu və 1ədəd zəlzələ keçidinin inşası həyata keçirilməlidir. Xətt üzrə 87 hidrostatik sınaq bölməsi olacaq.

TANAP-ın layihə dəyəri 10-11 milyard dollar həcmindədir. Başlanğıcda illik 16 milyard kubmetrlik ixrac tutumuna malik olacaq boru xəttinin mərhələli olaraq 24 milyard kubmetrə, daha sonra isə 31 milyard kubmetrə qədər genişləndirilməsi üçün imkanlar nəzərdə tutulub. Transardriatik boru xətti (TAP) layihəsinin tamamlanmasından sonra, təqribən 2020-ci ildə təbii qazın Avropaya çatdırılması planlaşdırılır.

“Akkord STİK” ASC-nin
İctimaiyyətlə Əlaqələr Xidməti

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/karabakh/2474268.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR