Mağazanı yarıb, "nisyə dəftəri"ni apardılar

Mağazanı yarıb, "nisyə dəftəri"ni apardılar
16:49 25 Dekabr 2015
30 Ölkə
Ölkə mətbuatı
A- A+

Samuxda mağazadan oğurluq edilib.

Lent.az-ın Kəpəz TV-ə (Region TV) istinadən məlumatına görə, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb. Kənd sakini Mahir Hüseynov 3 ay bundan əvvəl icarəyə götürdüyü mağazaya gələndə qapının qırıldığının, içəridə olan malların dağıldığının şahidi olub. "Çağırılmamış qonaqlar" ticarət obyektindən bir neçə adda kolbasa və mağaza sahibinin sənədlərini aparıblar.

Satıcı Sahilə Hüseynova bildirib ki, mağaza oğurluq məqsədilə deyil, qisas məqsədilə yarılıb. Onun sözlərinə görə, hadisəni törədənlər "nisyə dəftəri"ni aparmaqla onları müflis etmək məqsədi güdüb. Məlumata görə, mağaza sahibinə təxminən 6 min manatlıq ziyan dəyib. Faktla bağlı Samux Rayon Polis Şöbəsində araşdırma aparılır.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226594

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR