Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Rauq Mirqədirova hökm oxunması qeyri-müəyyən vaxta qalıb

Date: 25 December 2015 17:04

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rauf Mirqədirovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

 

Lent.az-ın məlumatına görə, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən qapalı prosesdə Rauf Miqrədirov sön sözlə çıxış edib. Jurnalist hakimlərdən bəraət tələb edib. Hakimlər kollegiyası qərar qəbul etmək üçün müşavirə otağına yollanıb. Hökmün elan olunması qeyri-müəyyən vaxta qədər təxirə salınıb.

 

Xatırladaq ki,  prokuror Mübariz Mirili ötən prosesdə çıxış edərək hakimdən R.Mirqədirovun işinə Cinayət Məcəlləsinin 62-ci (Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) maddəsinin təsdiqlənməsini, bununla da onun işinin yüngüləşdirilməsini istəyib. O, jurnalist barəsində 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

 

 

Qeyd edək ki, R.Mirqədirov ötən ilin aprel ayında Türkiyədə saxlanılıb. Jurnalist daha sonra Azərbaycana deportasiya olunub.  Rauf Mirqədirov Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılır. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur.


Tags:  Rauq Mirqədirova hökm oxunması qeyri-müəyyən vaxta qalıb

RƏYLƏR


Top news