Əli Həsənov: "Konqresin bu layihəyə dəstək verməyəcəyini güman edirik"

Əli Həsənov: "Konqresin bu layihəyə dəstək verməyəcəyini güman edirik"
17:04 25 Dekabr 2015
17 Ölkə
Ölkə mətbuatı
A- A+

"Deputatlar iki dövlətin münasibətlərinə verə biləcəyi xeyri, vuracağı ziyanı dəyərləndirəndən sonra münasibət bildirməlidirlər"

“ABŞ Konqresinə təqdim olunan layihəni bir konqresmenin təşəbbüsü kimi qiymətləndiririk. Kristofer Smittin anti-Azərbaycan təşəbbüslərinin isə sayı-hesabı yoxdur”.

 

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib.

 

Ə. Həsənov deyib ki, ABŞ-ın Azərbaycanla bağlı maraqlarını, münasibətlərinin əhəmiyyətini nəzərə alan Konqresin bu layihəyə dəstək verməyəcəyini güman edirik: “Bu təşəbbüs də yalnız Kristofer Smittin təşəbbüsü olaraq qalacaq”.

 

Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayevin müəllifi olduğu “ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında” qanun layihəsinə gəlincə,  Ə. Həsənov bildirib ki, hökumətin Rövşən Rzayevin layihəsinə münasibəti də ABŞ-dakı bir konqresmenin təşəbbüsünə münasibətlə eynidir: “Hər bir deputat təşəbbüs irəli sürə bilər. Amma parlamentlərin bunu qəbul etməsi mühüm müzakirələrdən sonra olmalıdır. Deputatlar bu təşəbbüslərin iki dövlətin münasibətlərinə verə biləcəyi xeyri, həmçinin vuracağı ziyanı dəyərləndirəndən sonra münasibət bildirməlidirlər".

 

ABŞ və Azərbaycan arasındakı münasibətlərin mövcud durumuna toxunan Ə. Həsənov qeyd edib ki, ikitərəfli əlaqələr əvvəlki qədər intensiv xarakter daşımasa da, müxtəlif məsələlərə dair qarşılıqlı təmaslar mövcuddur.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226599

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR