Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ordu generalı: "Türk Silahlı Qüvvələri adından qardaş Azərbaycana minnətdaram"

Ordu generalı: "Türk Silahlı Qüvvələri adından qardaş Azərbaycana minnətdaram"

Date: 25 December 2015 17:05

Türkiyə Baş Qərargahının rəisi, ordu generalı Hulusi Akar Sarıqamış hərəkatının 101 illiyinə həsr olunmuş tədbirdə Azərbaycana minnətdarlığını bildirib.

Trend Türkiyə mətbuatına istinadən xəbər verir ki, H.Akar tədbirdə bildirib: "Sarıqamış hərəkatından sonra Nargin adasında məcburi saxlanılan türk əsgərlərinə qarşı göstərdikləri qardaş münasibəti və yardımı yad edirik. Hələ o zaman bu bizim bir millət iki dövlət olmağımızı təsdiq edən amillərdən biri olub".

Qeyd edək ki, gələn il yanvarın 14-də Türkiyə tarixinin önəmli səhifəsi - Sarıqamış hərəkatının 101 illiyi qeyd olunacaq.

Milli.Az


Tags:  Ordu generalı Türk Silahlı Qüvvələri adından qardaş Azərbaycana minnətdaram

RƏYLƏR


Top news