Əli Həsənov Viktoriya Nulandı təkzib etdi: "Heç bir danışıqlar getmir"

Əli Həsənov Viktoriya Nulandı təkzib etdi: "Heç bir danışıqlar getmir"
17:05 25 Dekabr 2015
16 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanla ABŞ arasında dövlətlərarası demokratiya və insan hüquqları ilə bağlı komissiya yaradılması ilə əlaqədar heç bir danışıqlar getmir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ABŞ dövlət katibinin köməkçisi Viktoriya Nulandın belə bir komissiya yaradılacağı ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib.

ABŞ-la Azərbaycan arasındakı mövcud münasibətlərə toxunan Ə.Həsənov bildirib ki, son zamanlar ABŞ-la Azərbaycan arasındakı səfərlərin və qarşılıqlı ünsiyyətin sayı azalıb: "Amma buna baxmayaraq, münasibətlər davam edir. Bu yaxınlarda ABŞ-ın böyük nümayəndə heyəti Azərbaycana gəlib. O cümlədən, səfirliklər, xarici işlər nazirlikləri, təhlükəsizlik qurumları çərçivəsində və digər sahələrdə də ABŞ-la Azərbaycan arasında münasibətlər davam etdirilir. Bu, bir tərəfdən təhlükəsizlik sahəsində strateji əməkdaşlıqdır, digər tərəfdən enerji, demokratiya və insan hüquqları sahəsində əməkdaşlıqdır. Əlbəttə, əvvəlki intensiv münasibətlər yoxdur, amma əlaqələr var, düşünürəm ki, kifayət qədər də davam edir".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/393101.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR