Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

"Xoşbəxt ailəsi olan adam niyə intihar etsin axı?"

"Xoşbəxt ailəsi olan adam niyə intihar etsin axı?"

Rusiyadan babasıgilə qonaq gələn 17 yaşlı qız intihar etdi (22 Mart 2017 12:19)
Azərbaycanlı müğənni ana oldu (20 Mart 2017 19:08)

Tarix: 25 Dekabr 2015 17:05

Bəlkə qəza və ya başqa bir hadisə nəticəsində həyatını itirib.
 
Bu sözləri əməkdar artist Elza Seyidcahan "Azərbaycanın səsi" musiqi yarışmasının qalibi, müğənni Elvin Ordubadlının intihar etməsi haqda axar.az-a danışarkən deyib.
 
Müğənni onun intihar etdiyinə inanmadığını bildirib: "Allah rəhmət eləsin. Elvin çox sakit və anlayışlı uşaq idi. Mən onun ölümünə inana bilmirəm. Bəlkə də qəza və ya başqa bir şey olub.

Yoxsa iki övladı, xoşbəxt ailəsi olan adam niyə intihar etsin axı? Elvin "Türkviziya" yarışmasında da iştirak etmişdi. Çox tərbiyəli uşaq idi. Gedib yasında iştirak edəcəyəm".

Qeyd edək ki, özünü yaşadığı binanın 5-ci mərtəbəsindən ataraq intihar edən gənc ifaçının canına qıymasının səbəbləri bilinmir.

Milli.Az


Teqlər:  Xoşbəxt ailəsi olan adam niyə intihar etsin



RƏYLƏR


Top xəbərlər