​Hacı Surxay Məmmədli "Heydər" məscidində cümə namazına imamlıq edib

17:22 25 Dekabr 2015
40 Sosial
Ölkə mətbuatı
A- A+

Bu barədə "Report"a Səbail rayon İcra Hakimiyyəti Başçısı Aparatının İnformasiya təminatı və təhlil sektorunun müdiri İsrafil Kərimov məlumat verib.
Əvvəlcə Hacı Surxay vəhdət barədə xütbə ilə çıxış edib, sonra isə məzhəbindən asılı olmayaraq burada iştirak edən müsəlmanların hamısı bir araya gələrək vəhdət namazı qılıblar.
Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə tikilmiş Qafqazın ən böyük məscidi olan "Heydər" məscidi istifadəyə verildikdən sonra dekabrın 14-dən etibarən ibadətə açılıb. Həmin gün məsciddə ilk cümə namazı qılınıb.
İlk dəfə Heydər məscidində Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə xütbə oxuyub və bildirib ki, bundan sonra tanınmış dindarlar Heydər məscidində xütbə oxuyacaqlar.

Xəbərin orijinal ünvanı: http://report.az/din/haci-surxay-memmedli-heyder-mescidinde-cume-namazina-imamliq-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR