​AMB bu həftə kommersiya banklarına 300 mln. dollar satıb

​AMB bu həftə kommersiya banklarına 300 mln. dollar satıb
17:22 25 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 25 dekabr. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) dekabr ayının 21-25-də mütəşəkkil banklararası valyuta bazarında təxminən 300 mln. ABŞ dolları həcmində intervensiya həyata keçirib. Bununla da, AMB-nin valyuta ehtiyatları artıq 5,1 mlrd. dollara yaxınlaşıb.
"Report"un analitik qrupu qeyd edir ki, analoji azalma tempi davam edərsə, artıq Yeni il bayramına qədər Mərkəzi Bankın sərəncamında olan valyuta rezervləri 7 illik minimuma enərək (artıq 6 illik minimum təkrarlanıb) 5 mlrd. dollar həddindən aşağı düşəcək.
Qeyd edək ki, ötən həftə (ikinci devalvasiya ərəfəsində) AMB mütəşəkkil banklararası bazarda 493 mln. dollar həcmində valyuta satıb.
Xatırladaq ki, dekabrın 8-də AzərbaycanDövlət Neft Fondunun valyuta satışını dayandırmasından sonra bazarda əməliyyatlara başlayan AMB-nin həmin həftənin son 4 iş günü ərzində intervensiyası 255 mln. dollar olub. Yəni, ötən iki həftəyə AMB ümumilikdə təxminən 748 mln. dollarlıq valyuta satışı həyata keçirib. 

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/amb-bu-hefte-kommersiya-banklarina-300-mln-dollar-satib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR