Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan futbolunda növbəti rüşvət qalmaqalı (AUDİOYAZI)

Azərbaycan futbolunda növbəti rüşvət qalmaqalı (AUDİOYAZI)

Date: 25 December 2015 17:27

Bir neçə gün öncə futbolinfo.az saytı “Şəmkir”də baş verən özbaşınalıq və rüşvət qalmaqalı ilə bağlı yazı təqdim etmişdi. Belə ki, 1-ci divizion təmsilçisinin baş məşqçisi Kamran Əlibabayev komandaya götürdüyü futbolçulardan rüşvət alırmış.


Uğursuz nəticələrlə gündəmə gələn məşqçi menecerlərlə birləşib baxışa çağırdığı futbolçulara ona pul verəcəkləri halda komandaya götürəcəyini bildirir. Bir neçə müddət öncə komandaya yoxlanışa gələn iranlı futbolçu Yaser Talati də eyni halla üzləşib. Artıq futbolinfo.az saytı audioyazını da təqdim edib.

Daha öncə Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun rüşvət qalmaqalı ilə video yazılmışdı.


Tags:  rüşvət Azərbaycan futbolu Şəmkir Kamran Əlibabayev Yaser Talati audioyazı

RƏYLƏR


Top news