Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

AZAL Berlinə müntəzəm reysləri bərpa edəcək

AZAL Berlinə müntəzəm reysləri bərpa edəcək

Date: 25 December 2015 17:28


Bakı, 25 dekabr, AZƏRTAC
“Azərbaycan Hava Yolları” (AZAL) 2016-ci il martın 27-dən etibarən Bakıdan Berlinə müntəzəm reyslərin bərpa ediləcəyini elan edir.
“Azərbaycan Hava Yolları” QSC-dən AZƏRTAC-a bildirilib ki, Bakı-Berlin-Bakı marşrutu üzrə birbaşa uçuşlar həftədə iki dəfə - çərşənbə axşamı və bazar günləri yerinə yetiriləcək. Heydər Əliyev Beynəlxalq Aeroportundan uçuş Bakı vaxtı ilə səhər saat 08:00-da, Tegel Beynəlxalq Aeroportuna enmə yerli vaxtla saat 09:55-də olacaq. Berlindən uçuş isə yerli vaxtla saat 10:55-də, Heydər Əliyev Beynəlxalq Aeroportuna enmə Bakı vaxtı ilə saat 18:25-də müəyyən edilib.
Bakı-Berlin-Bakı marşrutu üzrə aviabiletin qiyməti 371 avrodan başlayır.
"Azərbaycan Hava Yolları"nın reysi Berlin aeroportunun daha yüksək səviyyəli xidmət, digər beynəlxalq istiqamətlər üzrə əlverişli tranzit müddəti və müasir biznes zalı (business lounge) ilə fərqlənən əsas terminalı olan “A” terminalına gəlir.
Bakı-Berlin-Bakı reysi biznes və ekonom salonlu müasir, komfortlu “Airbus A319” laynerləri ilə həyata keçiriləcək.
Biletləri AZAL-ın kassalarında və şirkətin www.azal.az  saytında bronlaşdırmaq və əldə etmək mümkündür. Reys çərçivəsində “AZAL Miles” bonus proqramından istifadə etmək olar (proqram haqqında məlumatı bu linkdə əldə etmək olar http://www.azal.az/az/azal-miles ).
 

Tags:  AZAL Berlinə müntəzəm reysləri bərpa edəcək



RƏYLƏR


Top news