Prezident intihara çalışan kişini xilas etdi (FOTO, VİDEO)

Prezident intihara çalışan kişini xilas etdi (FOTO, VİDEO)
17:36 25 Dekabr 2015
31 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan intihara cəhd edən gənci xilas edib.

ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, kişi İstanbuldakı Boğaziçi körpüsündən özünü atmağa çalışıb.

Bu zaman prezidentin maşın karvanı adıçəkilən körpüdən keçib. Prezident Üsküdardakı Həzrəti Əli məscidindəki cümə namazından qayıdırmış.
Avtomobili saxladan Ərdoğan mühavizəçilərdən birini intihar etmək istəyən adamın yanına göndərib. Prezidentin yanına gətirilən kişi Ərdoğanın əlini öpüb və onunla uzun müddət söhbət edib. Dövlət başçısı özünü öldürməyə hazırlaşan şəxsi fikrindən daşındıra bilib.


İntihara çalışan şəxs

Adı açıqlanmayan kişi xəstə olduğunu və ailəvi problemləri olduğu üçün intihar etmək istədiyini deyib.






Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368175

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR