Azərbaycan Prezidenti İlham Əliyev Xəzər rayonunda bir neçə yarımstansiyanın açılışında iştirak edib

17:38 25 Dekabr 2015
17 Ölkə
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev Türkmənistan prezidentini 60 illik yubileyi münasibətilə təbrik edib (29 İyun 2017 12:07)
Varşavada Azərbaycan-Polşa biznes forumu keçirilib (27 İyun 2017 19:47)
Varşavada Azərbaycan-Polşa biznes forumu keçirilib (27 İyun 2017 19:43)

Bakı. Trend:

Dekabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xəzər rayonunda 110 kilovoltluq “Buzovna-2”, 35 kilovoltluq “Sarıqaya”, “Fatmayı”, “Məhəmmədli”, eləcə də 221, 219, 86 və 87 saylı yarımstansiyaların açılışlarında iştirak edib.

Trend-in məlumatına görə, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayev dövlətimizin başçısına məlumat verdi ki, 110/35/10 kilovoltluq “Buzovna-2” yarımstansiyası 110/10 kilovoltluq “Buzovna dartı” yarımstansiyasının yerində inşa olunub. Beynəlxalq tələblərə cavab verən yeni energetika qurğusunun inşaat işləri zamanı milli memarlıqla beynəlxalq təcrübənin elementləri yüksək peşəkarlıqla uzlaşdırılıb. Ərazidə əsaslı abadlıq və yaşıllaşdırma işləri aparılıb, yüksək keyfiyyətli asfalt salınıb. Ən müasir standartlar səviyyəsində icra olunan bu cür layihələr ölkəmizdə yenidənqurma tədbirlərinin ardıcıl olaraq keyfiyyətlə həyata keçirildiyini bir daha göstərir.

Yarımstansiyanın girişində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkənin elektroenergetika sisteminin, o cümlədən ötürücü və paylayıcı şəbəkənin hərtərəfli inkişafı üçün həyata keçirdikləri silsilə layihələri əks etdirən fotoguşələr yaradılıb.

“Buzovna-2” yarımstansiyası Buzovna, Zuğulba, Albalılıq qəsəbələrini, bir sıra dövlət əhəmiyyətli qurumları, həmçinin istirahət, turizm, tibb və digər obyektləri fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz edir. Yarımstansiyada hər birinin gücü 40 meqavoltamper olan transformatorlar quraşdırılıb. Bu energetika qurğusu ən müasir elektrik avadanlıqları, elektron tipli rele mühafizəsi və avtomatlaşdırılmış sistem, ölkəmizdə istehsal olunan güc transformatorları və reaktorlarla təchiz edilib. Yarımstansiyada işçilər üçün hər cür şəraiti olan otaqlar tikilib. Paylayıcı qurğular son elmi-texniki yeniliklər əsasında qurulub. İdarəetmə mərkəzində də ən müasir avadanlıqlar quraşdırılıb. Qeyd edək ki, yeni yarımstansiya ən son elmi-texniki yeniliklərə əsaslanan “eleqaz”, “vacuum” tipli və digər avadanlıqlarla təchiz edilməklə yanaşı, məsafədən idarə olunan SCADA dispetçer sisteminə də qoşulub.

Dövlətimizin başçısına animasiya, sxemlər, dron çəkilişlər, qrafiklər və digər əyani vasitələr əsasında paytaxtda və regionlarda görülən işlər barədə də məlumat verildi. Qeyd edildi ki, ötən qısa müddətdə 7 regional idarəetmə strukturu formalaşdırılıb və ölkəmizin bölgələrində böyük həcmdə yenidənqurma tədbirləri həyata keçirilib.

Yeni “Buzovna-2” yarımstansiyası Xəzər rayonunun böyük bir hissəsinin elektrik enerjisi təchizatının yaxşılaşdırılması, ərazidə elektrik enerjisinə artan tələbatın ödənməsi, 110 və 35 kilovoltluq elektrik şəbəkələrinin əlaqələndirilməsi işlərində mühüm rol oynayacaq. Bu yarımstansiyanın inşası Abşeron yarımadasındakı 110 kilovoltluq paylayıcı şəbəkələrin şimal bölgəsi ilə əlaqələndirilməsi planının ilk mərhələsini təşkil edir. Belə ki, yeni yarımstansiyanın hesabına “Şimal”, “Təmiz şəhər”, “Sumqayıt” elektrik stansiyalarının, həmçinin 220 kilovoltluq “Zabrat” və “Sənaye qovşağı” yarımstansiyalarının əlaqələndirilməsi ilə 110 kilovoltluq elektrik təchizatı sxeminin etibarlılığı artır. “Buzovna-2” yarımstansiyası mövcud 35 kilovoltluq şəbəkə üçün mənbə olduğundan 35 kilovoltluq dairəvi sxemə aid yarımstansiyaları əlaqələndirəcək. Bu da öz növbəsində mövcud 35 kilovoltluq yarımstansiyalar arasında dairəvi elektrik təchizatı sxeminin, həmçinin elektrik şəbəkələrinin dayanıqlı iş rejiminin formalaşdırılmasına şərait yaradacaq. Şimal bölgəsi ilə əlaqələndirmə planının ilkin mərhələsi çərçivəsində perspektivdə nəzərdə tutulan işlərin yekunlaşması üçün 110/35/10 kilovoltluq “Buzovna-1” və “Buzovna-2” yarımstansiyaları arasında ikidövrəli kabel xətləri çəkiləcək. Ümumilikdə, “Buzovna-2” yarımstansiyası paytaxtın və ölkənin elektrik şəbəkəsinə mühüm töhfədir.

Sonra Prezident İlham Əliyevə açılışı olan 35 kilovoltluq yarımstansiyalar barədə məlumat verildi.

Dövlətimizin başçısı “Buzovna-2” yarımstansiyasını işə saldı.

Ötən illərin reallıqları göstərdi ki, bütün bu cür silsilə və kompleks xarakter daşıyan layihələrin reallaşdırılmasında Azərbaycan dövləti hərtərəfli dəstəyini əsirgəməyib. Prezident İlham Əliyevin təbirincə desək, “Strateji obyekt dövlətin əlində olanda burada nəzarət də, investisiya da və inkişaf da olacaq”. Ötən dövrün təcrübəsi bu danılmaz həqiqəti birmənalı şəkildə təsdiqlədi. Bu baxımdan paytaxtın, eləcə də ölkəmizin bütün regionlarının etibarlı, dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchizatı məqsədilə nəzərdə tutulan layihələrin də tezliklə uğurla həyata keçiriləcəyini tam əminliklə söyləmək olar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Bakıda avtobusda 3 min manatlıq tapıntı - Yiyəsi axtarılır - FOTO

29 İyun 2017 17:05

Bakının qalmaqallı binasında daha bir mərtəbə tikirlər - FOTO

29 İyun 2017 17:05

Mehman Hüseynov kassasiya şikayəti verib

29 İyun 2017 17:04

DİQQƏT: Bakının bu çimərlikləri çox təhlükəlidir

29 İyun 2017 16:59

30 İyun - Sevgililər Günü

29 İyun 2017 16:57

Bakıda çempion qızın ölümü ilə bağlı CİNAYƏT İŞİ başlandı

29 İyun 2017 16:57

“Unibank” kapitalını bir qədər də artırır

29 İyun 2017 16:57

Toğrul Əsgərov Azərbaycandan imtina etdi - ŞOK İDDİA

29 İyun 2017 16:57

47 yaşlı kişi kanalda batdı - MİNGƏÇEVİRDƏ

29 İyun 2017 16:54

Bakıda maklerdən ilginc təklif: “Ya pulu qaytar, ya da hər gün mənimlə cinsi əlaqədə ol”

29 İyun 2017 16:53

Əfqan Muxtarlının işi Meydan.tv-nin işi ilə birləşdirildi

29 İyun 2017 16:49

Xanımlar kişiləri bu üsulla yoldan çıxarır - Bürclərin inanılmaz BACARIQLARI

29 İyun 2017 16:48

Əfqan Muxtarlının şikayəti təmin edilmədi

29 İyun 2017 16:47

Ukrayna "Eurovision" müsabiqəsindəki qalmaqala görə cərimələnə bilər

29 İyun 2017 16:47

“Terrorçuları qəhrəman elan edib, heykəl ucladırlar” – Millət vəkili

29 İyun 2017 16:39

Trampdan Putinlə görüş təlimatı - GÜZƏŞTLƏRİN SİYAHISI HAZIRLANIR

29 İyun 2017 16:38

DİN-nin zabitlərinə ali xüsusi rütbələr və medallar verildi

29 İyun 2017 16:38

Azərbaycanda sərnişin avtobusu yandı

29 İyun 2017 16:37

Məktəbdaxili qiymətləndirmə mövzusunda seminar keçirilir

29 İyun 2017 16:37

Bakıda insanlara bomba həyəcanı yaşadan şəxs ruhi xəstə imiş

29 İyun 2017 16:37

Rəqəmli transformasiya texnologiyaları üçün xərclər 1,2 trilyon dollaradək artacaq

29 İyun 2017 16:35

2018-ci ildə ekrana qurulan barmaq izi skaneri təqdim ediləcək

29 İyun 2017 16:35

Növbəti Olimpiya Oyunlarında “Intel 5G” texnologiyası nümayiş ediləcək

29 İyun 2017 16:35

“Yaramaz mən 3” təqdim edildi

29 İyun 2017 16:35

DİN-in əməkdaşları təltif edildi - SƏRƏNCAM

29 İyun 2017 16:34

Səhrada qanlı döyüş və ABŞ-ın Körfəzdə böyük oyunu – TƏHLİL

29 İyun 2017 16:33

Türkiyə prezidentinin Almaniyada türklər qarşısında çıxışına icazə verilməyib

29 İyun 2017 16:32

Neftçalada sərnişin avtobusu yanıb

29 İyun 2017 16:27

Olimpiya çempionu Toğrul Əsgərovun Türkmənistan yığmasını təmsil edəcəyinə dair iddia ortaya çıxıb

29 İyun 2017 16:27

Futbol dünyasını şoka salan açılaqma: cadugərə pul verib...

29 İyun 2017 16:27

Dünyanın ən yaraşıqlı məhkumu Mənsimovun yaxtasında - FOTO

29 İyun 2017 16:27

Yanğınsöndürən maşında qadınla min oyundan çıxdı - FOTOLAR

29 İyun 2017 16:23

"Deyir ki, sənin ağzını-burnunu qıracağam" - Azərbaycan dilində rep yazan türk aktyor - VİDEO - FOTO

29 İyun 2017 16:22

Bu polis zabitləri general-mayor oldu - SİYAHI

29 İyun 2017 16:19

Azərbaycan Prezidenti DİN-in bir qrup əməkdaşının təltif edilməsi haqqında sərəncam imzalayıb

29 İyun 2017 16:17

MTN əməkdaşı adı ilə 1 milyon manat dələduzluq edən qadın məhkəmə qarşısında

29 İyun 2017 16:17

Arif Məmmədov və Elnur Mirzəyevlə bağlı istintaq dayandırılıb

29 İyun 2017 16:14

Rusiya Azərbaycana daha 15 "Tank qatili" göndərəcək

29 İyun 2017 16:12

Sarkisyan hökumət binasında etirazla qarşılandı

29 İyun 2017 16:12

Daxili İşlər Nazirliyinin bir qrup zabitinin rütbələri artırıldı

29 İyun 2017 16:12

Prezident İlham Əliyev DİN-in 4 polkovnikinə general-mayor ali xüsusi rütbəsi verib

29 İyun 2017 16:12

Məşhurlarımız hansı falçının yanına gedir?

29 İyun 2017 16:10

İŞİD nə qədər yaşayacaq? - MƏRUZƏ

29 İyun 2017 16:08

Hərənin öz arşını mənzil bölgüsünə tətbiq olunsunmu?

29 İyun 2017 16:05

Paytaxtda silah satan şəxs tutuldu - VİDEO - FOTO

29 İyun 2017 16:05

ABŞ-dan yeni kəşf: Tibdə iynə dövrü geridə qalır

29 İyun 2017 16:03

Azərbaycanda özəlləşdirmədən daxilolmalar azaldıla bilər

29 İyun 2017 16:02

TAP-ın Yunanıstan hissəsi üçün boruların 75%-i qəbul edilib

29 İyun 2017 16:02

Kamran Əliyev Gürcüstanın baş prokuroru ilə görüşüb

29 İyun 2017 16:02

Bakıda silah satan şəxs tutulub

29 İyun 2017 16:02