Bakı istintaq təcridxanasında intihar etmiş şəxs İlqar Əliyevin kamera yoldaşı olmayıb

17:38 25 Dekabr 2015
30 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bakı istintaq təcridxanasında intihar etmiş şəxs hüquq-mühafizə orqanının işçisi İlqar Əliyevin kamera yoldaşı olmayıb.

Ədliyyə Nazirliyi Penitensiar xidmətindən Trend-ə verilən məlumata görə, Bakı istintaq təcridxanasında intihar etmiş 177.3.3-cü maddəsi ilə (oğurluq) təqsirləndirilən və əvvəllər dəfələrlə məhkum edilmiş şəxs Manaf Paşayevin ondan bir neçə gün öncə intihar etmiş digər təqsirləndirilən şəxs hüquq-mühafizə orqanının işçisi İlqar Əliyevin kamera yoldaşı olması barədə yalan məlumatlardır.

Ədliyyə Nazirliyinin Penitensiar xidməti bildirir ki, cəza-icra qanunvericiliyinə əsasən əvvəllər hüquq-mühafizə orqanlarında xidmət etmiş şəxslər digər həbs edilmiş şəxslərdən ayrı saxlanılırlar. Məhz bu səbəbdən göstərilən şəxslər nəinki eyni kamerada saxlanılmamış, hətta ayrı-ayrı rejim korpuslarında yerləşdirilmişdir.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2474300.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR