"Elə bil dolları Ağadadaş yüksəldib"

"Elə bil dolları Ağadadaş yüksəldib"
17:41 25 Dekabr 2015
97 Şou
Ölkə mətbuatı
A- A+

Xalq artisti Ağadadaş Ağayev “Dolların qalxmasına sevinirəm” sözlərinin sosial şəbəkələrdə tənqid olunmasına münasibət bildirib.

Axşam.az-ın məlumatına görə, müğənni “Hər şey daxil” verilişində məsələ ilə bağlı bunları deyib:

“Elə bil dolları Ağadadaş yüksəldib. Dolların yüksəlməsini, burada istifadə olunmasını istəməyənlərdən biri də mənəm. İstəmirəm biz bu valyutaya bağlı olaq. Hamımızın problemi yaranıb. İnşallah bu ötüb keçəcək. Bizim torpağımızda olan bərəkət dünyanın heç bir yerində yoxdur. Bu problemi Amerika yaradıb. Hər ölkə də öz içində mücadilə aparır. Bunu bu qədər şişirtmək lazım deyil. O sözü demişəmsə də, düz etmişəm. Mahiyyəti bilib, münasibət bildirsinlər. Yazını görmədən, başlığa baxıb fikir yazmasınlar”.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=43170

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR