Mərkəzi Bank qərar vermək üçün toplandı

Mərkəzi Bank qərar vermək üçün toplandı
17:47 25 Dekabr 2015
95 Digər
Ölkə mətbuatı
A- A+

Bu dəqiqələrdə Azərbaycan Mərkəzi Bankında (AMB) ölkədə fəaliyyət göstərən kommersiya banklarının rəhbərlərinin iştirakı ilə geniş toplantı başlayıb.

Milli.Az xəbər verir ki, report-un məlumatına görə, AMB-nin İdarə Heyətinin təşəbbüsü ilə keçirilən iclasda əsas diqqət dekabrın 21-də həyata keçirilən milli valyutanın ikinci devalvasiyasından sonra ölkə iqtisadiyyatında cərəyan edən proseslər, bunun istehlak bazarı və biznes sektoruna təsiri, nağd valyuta bazarında cari tələbatın artması və s. aktual mövzulara yönəldilib.

Bununla yanaşı, devalvasiyanın bütövlükdə bank sektoruna təsiri, o cümlədən banklardan xarici valyutada kredit alan müştərilərin ödəniş prosesində üzləşdiyi çətinliklər, bankların kapital çatışmazlığı məsələsi və depozitlərin müştərilər tərəfindən geri çəkilməsi problemi əsas müzakirə predmetləridir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/393135.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR