Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

​Qətər XİN başçısı rusiyalı həmkarı ilə görüşdə Əsədi terrorçuluğun himayədarı adlandırıb

​Qətər XİN başçısı rusiyalı həmkarı ilə görüşdə Əsədi terrorçuluğun himayədarı adlandırıb

Date: 25 December 2015 17:52

Bakı. 25 dekabr. REPORT.AZ/ "Terrorçuluğu Bəşşar Əsəd və onun insanlıqdan uzaq rejimi dəstəkləyir".
"Report" Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu Qətərin xarici işlər naziri Xalid bin Məhəmməd əl-Atiyye rusiyalı həmkarı Sergey Lavrovla Moskvda keçirdiyi görüşün yekunlarına həsr olunan mətbuat konfransında bildirib.
"Suriyanın gələcəyində terrorun əsas himayədarı olan Əsədə yer olacağını düşünmürük. O, kimyəvi silah tətbiq etdikdən sonra legitimliyini itirib", - qətərli diplomat vurğulayıb.
Xalid bin Məhəmməd əl-Atiyye Suriyanın ərazi bütövüyünü müdafiə etdiklərini bildirib. O, Suriyada bütün səlahiyyətlərə sahib keçid bir hökumətin qurulmasının ölkədə sabitliyin bərpa olunması üçün vacib amillərdən biri olduğunu deyib.

Tags:  Qətər XİN başçısı rusiyalı həmkarı görüşdə Əsədi terrorçuluğun himayədarı adlandırıb

RƏYLƏR


Top news