Prezident İlham Əliyev Xəzər rayonunda bir neçə yarımstansiyanın açılışında iştirak edib - FOTO

Prezident İlham Əliyev Xəzər rayonunda bir neçə yarımstansiyanın açılışında iştirak edib - FOTO
17:52 25 Dekabr 2015
7 Ölkə
Ölkə mətbuatı
A- A+

Dekabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xəzər rayonunda 110 kilovoltluq "Buzovna-2", 35 kilovoltluq "Sarıqaya", "Fatmayı", "Məhəmmədi", eləcə də 221, 219, 86 və 87 saylı yarımstansiyaların açılışlarında iştirak edib.

Milli.Az AZƏRTAC-a istinasən xəbər verir ki, "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayev dövlətimizin başçısına məlumat verdi ki, 110/35/10 kilovoltluq "Buzovna-2" yarımstansiyası 110/10 kilovoltluq "Buzovna dartı" yarımstansiyasının yerində inşa olunub. Beynəlxalq tələblərə cavab verən yeni energetika qurğusunun inşaat işləri zamanı milli memarlıqla beynəlxalq təcrübənin elementləri yüksək peşəkarlıqla uzlaşdırılıb. Ərazidə əsaslı abadlıq və yaşıllaşdırma işləri aparılıb, yüksək keyfiyyətli asfalt salınıb. Ən müasir standartlar səviyyəsində icra olunan bu cür layihələr ölkəmizdə yenidənqurma tədbirlərinin ardıcıl olaraq keyfiyyətlə həyata keçirildiyini bir daha göstərir.

Yarımstansiyanın girişində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkənin elektroenergetika sisteminin, o cümlədən ötürücü və paylayıcı şəbəkənin hərtərəfli inkişafı üçün həyata keçirdikləri silsilə layihələri əks etdirən fotoguşələr yaradılıb. "Buzovna-2" yarımstansiyası Buzovna, Zuğulba, Albalılıq qəsəbələrini, bir sıra dövlət əhəmiyyətli qurumları, həmçinin istirahət, turizm, tibb və digər obyektləri fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz edir. Yarımstansiyada hər birinin gücü 40 meqavoltamper olan transformatorlar quraşdırılıb. Bu energetika qurğusu ən müasir elektrik avadanlıqları, elektron tipli rele mühafizəsi və avtomatlaşdırılmış sistem, ölkəmizdə istehsal olunan güc transformatorları və reaktorlarla təchiz edilib. Yarımstansiyada işçilər üçün hər cür şəraiti olan otaqlar tikilib. Paylayıcı qurğular son elmi-texniki yeniliklər əsasında qurulub. İdarəetmə mərkəzində də ən müasir avadanlıqlar quraşdırılıb. Qeyd edək ki, yeni yarımstansiya ən son elmi-texniki yeniliklərə əsaslanan "eleqaz", "vacuum" tipli və digər avadanlıqlarla təchiz edilməklə yanaşı, məsafədən idarə olunan SCADA dispetçer sisteminə də qoşulub.

Dövlətimizin başçısına animasiya, sxemlər, dron çəkilişlər, qrafiklər və digər əyani vasitələr əsasında paytaxtda və regionlarda görülən işlər barədə də məlumat verildi. Qeyd edildi ki, ötən qısa müddətdə 7 regional idarəetmə strukturu formalaşdırılıb və ölkəmizin bölgələrində böyük həcmdə yenidənqurma tədbirləri həyata keçirilib.

Yeni "Buzovna-2" yarımstansiyası Xəzər rayonunun böyük bir hissəsinin elektrik enerjisi təchizatının yaxşılaşdırılması, ərazidə elektrik enerjisinə artan tələbatın ödənilməsi, 110 və 35 kilovoltluq elektrik şəbəkələrinin əlaqələndirilməsi işlərində mühüm rol oynayacaq. Bu yarımstansiyanın inşası Abşeron yarımadasındakı 110 kilovoltluq paylayıcı şəbəkələrin şimal bölgəsi ilə əlaqələndirilməsi planının ilk mərhələsini təşkil edir. Belə ki, yeni yarımstansiyanın hesabına "Şimal", "Təmiz şəhər", "Sumqayıt" elektrik stansiyalarının, həmçinin 220 kilovoltluq "Zabrat" və "Sənaye qovşağı" yarımstansiyalarının əlaqələndirilməsi ilə 110 kilovoltluq elektrik təchizatı sxeminin etibarlılığı artır. "Buzovna-2" yarımstansiyası mövcud 35 kilovoltluq şəbəkə üçün mənbə olduğundan 35 kilovoltluq dairəvi sxemə aid yarımstansiyaları əlaqələndirəcək. Bu da öz növbəsində mövcud 35 kilovoltluq yarımstansiyalar arasında dairəvi elektrik təchizatı sxeminin, həmçinin elektrik şəbəkələrinin dayanıqlı iş rejiminin formalaşdırılmasına şərait yaradacaq. Şimal bölgəsi ilə əlaqələndirmə planının ilkin mərhələsi çərçivəsində perspektivdə nəzərdə tutulan işlərin yekunlaşması üçün 110/35/10 kilovoltluq "Buzovna-1" və "Buzovna-2" yarımstansiyaları arasında ikidövrəli kabel xətləri çəkiləcək. Ümumilikdə, "Buzovna-2" yarımstansiyası paytaxtın və ölkənin elektrik şəbəkəsinə mühüm töhfədir.

Sonra Prezident İlham Əliyevə açılışı olan 35 kilovoltluq yarımstansiyalar barədə məlumat verildi.

Dövlətimizin başçısı "Buzovna-2" yarımstansiyasını işə saldı.

Ötən illərin reallıqları göstərdi ki, bütün bu cür silsilə və kompleks xarakter daşıyan layihələrin reallaşdırılmasında Azərbaycan dövləti hərtərəfli dəstəyini əsirgəməyib. Prezident İlham Əliyevin təbirincə desək, "Strateji obyekt dövlətin əlində olanda burada nəzarət də, investisiya da və inkişaf da olacaq". Ötən dövrün təcrübəsi bu danılmaz həqiqəti birmənalı şəkildə təsdiqlədi. Bu baxımdan paytaxtın, eləcə də ölkəmizin bütün regionlarının etibarlı, dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchizatı məqsədilə nəzərdə tutulan layihələrin də tezliklə uğurla həyata keçiriləcəyini tam əminliklə söyləmək olar.

Milli.Az




























RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

"Gündən-günə daha yaxşı olacağıq" -

21 İyul 2017 02:36

Təbiət qoynunda gözəl villa - FOTO

21 İyul 2017 02:32

Gəncə şəhər sakini özünü yandırıb

21 İyul 2017 02:27

Lukaşenko Ukraynadadır

21 İyul 2017 02:24

Avropa Liqasında II təsnifat mərhələsinə yekun vurulub

21 İyul 2017 02:22

Mərdəkanda sürücü piyadanı vurub qaçmaq istəyərkən saxlanılıb

21 İyul 2017 02:02

"Hər bir komanda ilə oynamağa hazırıq" -

21 İyul 2017 01:56

Məşhur müğənni intihar etdi

21 İyul 2017 01:44

22 yaşlı gəlin 3 yaşlı oğlu ilə birlikdə yoxa çıxıb -

21 İyul 2017 01:35

Amerikanın problemlərini yandırdı - FOTO

21 İyul 2017 01:32

Naxçıvanın Konstitusiyasında dəyişikliklər ediləcək

21 İyul 2017 01:29

Qriqorçuk: "Panatinaikos" Yunanıstan futbolunun nəhəngi, Avropada tanınan brenddir"

21 İyul 2017 01:27

"Koroğlu" metrostansiyası yaxınlığında piyadanı maşın vurub

21 İyul 2017 01:17

Emili gözəlliyi ilə yenə hamını valeh etdi -

21 İyul 2017 01:15

On otaqlı evdə yanğın

21 İyul 2017 01:09

"Panatinaikos" 2 il sonra Azərbaycana gəlir

21 İyul 2017 00:57

50 yaşlı cazibədar aktrisanın alt paltarsız FOTOSESSİYASI

21 İyul 2017 00:53

"İnter"in biabırçı məğlubiyyəti - VİDEO

21 İyul 2017 00:47

"Zirə" Avroliqa ilə belə vidalaşdı - VİDEO

21 İyul 2017 00:47

Bakıda yaşayış binasında yanğın baş verib -

21 İyul 2017 00:47

“Qəbələ” növbəti turda

21 İyul 2017 00:34

Avroliqada 55 metrdən FANTASTİK QOL - VİDEO

21 İyul 2017 00:28

"Qəbələ" Polşada mərhələ adladı

21 İyul 2017 00:28

İran Küveytə nota verdi

21 İyul 2017 00:19

Astroloji proqnoz - 21 iyul

21 İyul 2017 00:13

"Zirə"nin baş məşqçisi: "Məncə, Azərbaycanı yaxşı təmsil etdik"

21 İyul 2017 00:12

İki yaşlı uşaq yemişdən zəhərləndi

21 İyul 2017 00:09

Hamilə model çılpaq sessiyaya çəkildi - FOTO

21 İyul 2017 00:05

Ayxan Abbasov: "Bizim hakimlərə şükr etməliyik"

21 İyul 2017 00:05

Tovuzda 2 yaşlı oğlan zəhərlənib

21 İyul 2017 00:05

Günün qoroskopu: vədlərinizi gerçəkləşdirin

21 İyul 2017 00:05

Azərbaycan neftinin SON QİYMƏTİ - 50 dolları ötüb

21 İyul 2017 00:05

Məşhur müğənni intihar edib -

20 İyul 2017 23:55

Bronxoektatik formalı pnevmoniya

20 İyul 2017 23:52

Məşhur müğənni özünü asdı - FOTO

20 İyul 2017 23:48

Rəşad Sadıqov: "Zirə" son vuruşlarda dəqiq olsaydı, bəlkə də mərhələ adlayardı"

20 İyul 2017 23:47

Ayxan Abbasov: "Özümə söz vermişəm ki..."

20 İyul 2017 23:47

Əməlimiz harada ləngiyir ki, kamala aparmır?

20 İyul 2017 23:47

Oğlu "Porsche" ilə piyadanı tapdalayan rəis barədə araşdırma başladı - MAŞINI HANSI PULLA ALIB?

20 İyul 2017 23:42

Plevritin əmələ gəlmə səbəbləri

20 İyul 2017 23:42

Bakıda mübahisə güllələnmə ilə bitdi - VİDEO - FOTO

20 İyul 2017 23:37

"Astra"nın baş məşqçisi: "Zirə"nin futbolçuları simulyasiya edirdil"

20 İyul 2017 23:37

"10 ildə yığdığım bir gündə yandı" - Bərdə bazarında güclü yanğın - VİDEO - FOTO

20 İyul 2017 23:37

Bakının "İnter" klubu Avropa Liqası ilə vidalaşıb

20 İyul 2017 23:32

19 yaşlı Kayli erotik fotosessiyada - FOTO

20 İyul 2017 23:32

ABŞ Dağlıq Qarabağdakı seçkilərin nəticələrini tanımayacaq -

20 İyul 2017 23:30

Gəncədə DƏHŞƏTLİ QƏZA: Ana öldü, 4 aylıq körpəsi...

20 İyul 2017 23:28

Axtarışda olan Azərbaycan vətəndaşı Kiyevdə güllələndi

20 İyul 2017 23:27

“Hesabı bərabərləşdirəndən sonra belə hərəkətlər edirdilər” – Yordanesku

20 İyul 2017 23:27

"İnter" Avropa Liqasında mübarizəni dayandırdı

20 İyul 2017 23:24