Qənirə Paşayeva Bolu Türk Ocaqlarını ziyarət edib

Qənirə Paşayeva Bolu Türk Ocaqlarını ziyarət edib
17:54 25 Dekabr 2015
23 Sosial
Ölkə mətbuatı
A- A+

Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva Boluya səfəri çərçivəsində Türk Ocaqlarını ziyarət edib. Lent.az-ın məlumatına görə, Bolu Türk Ocakları rəhbərliyi görüş zamanı Azərbaycanla əməkdaşlığı daha da genişləndirmək niyyətində olduqlarını söyləyiblər.

 

Görüşdə Q. Paşayeva rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin Türk Ocaqları ilə sıx əməkdaşlıq etdiyini və Türk Ocaqlarının 100 illiyi şərəfinə araşdırmaçı-yazar Azər Turanla birgə yazdığı “Əli bəy Hüseynzadə Turan” kitabının İstanbul Türk Ocaqları tərəfindən Türkiyə türkcəsində çap edilərək Türkiyədə geniş yayılmasını yüksək qiymətləndirib.

 

Millət vəkili kitabın artıq Türkiyənin 20-dən artıq vilayətində təqdimat və imzalanma mərasimlərinin yüksək səviyyədə keçirildiyini deyərək bu məsələdə dəstəyinə görə Türk Ocaqlarına təşəkkürünü bildirib və yaxın zamanlarda bir neçə bölgə və universitetlərdə də kitabın təqdimat və imzalanmasının keçiriləcəyini bildirib.

 

Qarabağ münaqişəsi, Xocalı soyqırımı barədə də danışan millət vəkili bu məsələnin harada doğulub harada yaşamasından asılı olmayaraq hər bir türk insanının problemi olduğunu və soyqırım həqiqətlərinin daha geniş yayılmasında türk gəncliyinin fəallığını daha da artırmasının vacibliyini vurğulayıb, bu istiqamətdə Türk Ocaqları ilə layihələrin önəmli olacağını qeyd edib. 

 

Ziyarətin və görüşün sonunda Qənirə Paşayeva rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB tərəfindən keçiriləcək bir sıra tədbirlərdə iştirak etmək üçün Bolu Türk Ocaqlarının rəhbərliyini Azərbaycana dəvət edib və Azərbaycan həqiqətləri və mədəniyyəti ilə bağlı materialları Bolu Türk Ocaqlarına hədiyyə edib.




Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226601

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR