Fiqo: "Zidan gələcəkdə "Real"ın baş məşqçisi olmaq istəyir"

Luiş Fiqo sabiq komanda yoldaşı Zinəddin Zidan haqda danışıb.


Portuqaliyalının sözlərinə görə, fransız gələcəkdə "Real"ın baş məşqçisi olmaq istəyir:

"Düşünürəm ki, Zidan "Real"a rəhbərlik edə bilər. Bu, onun hədəflərindən biridi.

İndi o ikinci komanda ilə çalışır. Zidan gələcəkdə "Real"ın baş məşqçisi olmaq istəyir.

Hər şey rəhbərlikdən asılıdı: ona belə bir imkan yaradacaqlarmı?

Benitesin işinə gəlincə, "Real" çox vaxt verilməyən klublardandı. Həmişə qələbə qazanmaq lazımdı".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR