Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

İlqar Əliyevin kamera yoldaşının da intihar etdiyi barədə RƏSMİ AÇIQLAMA

İlqar Əliyevin kamera yoldaşının da intihar etdiyi barədə RƏSMİ AÇIQLAMA

Mövludun həyat yoldaşının intihar haqda fikirləri... - VİDEO (17 Mart 2017 18:08)
Ər arvadı izləmək üçün evə gizli kamera yerləşdirdi - Dəhşətli görüntülər... - VİDEO (12 Fevral 2017 16:58)

Tarix: 25 Dekabr 2015 17:59

"Hüquq-mühafizə orqanlarında xidmət etmiş şəxslər digər həbs edilmiş şəxslərdən ayrı saxlanılır"

 

 

Ədliyyə Nazirliyi Penitensiar xidmət bir neçə gün əvvəl Bakı istintaq təcridxanasında (BİT) intihar edən təqsirləndirilən şəxslə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

 

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bəzi kütləvi informasiya vasitələrində BİT-də intihar etmiş, 177.3.3-cü maddəsi ilə (oğurluq) təqsirləndirilən və əvvəllər dəfələrlə məhkum edilmiş şəxs - Manaf Paşayevin ondan bir neçə gün öncə intihar etmiş digər təqsirləndirilən şəxs -hüquq-mühafizə orqanının işçisi İlqar Əliyevin kamera yoldaşı olması barədə həqiqətə uyğun olmayan və tam yalan məlumatlar yayılıb.

 

Ədliyyə Nazirliyinin Penitensiar xidməti bildirir ki, cəza-icra qanunvericiliyinə əsasən əvvəllər hüquq-mühafizə orqanlarında xidmət etmiş şəxslər digər həbs edilmiş şəxslərdən ayrı saxlanılırlar. Məhz bu səbəbdən göstərilən şəxslər nəinki eyni kamerada saxlanılmayıb, hətta ayrı-ayrı rejim korpuslarında yerləşdirilib.

 

Heç bir həqiqəti əks etdirməyən bu kimi yanlış məlumatlar cəmiyyətdə çaşqınlıq yaratmaq məqsədini daşıyır və mətbu orqanına nüfuz gətirmir.

 

Qeyd edək ki, ləğv olunmuş MTN-in Antiterror Mərkəzinin rəis müavini, polkovnik İlqar Əliyev MTN ətrafında baş verən hadisələrlə əlaqədar həbs olunmuş, dekabrın 20-də intihar etmişdi.


Teqlər:  İlqar Əliyevin kamera yoldaşının intihar etdiyi barədə RƏSMİ AÇIQLAMA



RƏYLƏR


Top xəbərlər