Ağadadaş Ağayevdən növbəti dollar açıqlaması: "Düz etmişəm"

Ağadadaş Ağayevdən növbəti dollar açıqlaması: "Düz etmişəm"
17:59 25 Dekabr 2015
112 Şou
Ölkə mətbuatı
A- A+

“Elə bil dolları Ağadadaş yüksəldib”. Lent.az-ın məlumatına görə, bu sözləri xalq artisti Ağadadaş Ağayev deyib. “Hər şey daxil” verilişinə qonaq olan ifaçı bir neçə gün öncə söylədiyi “Dolların qalması məni sevindirir” sözlərinə münasibət  bildirib: “Dolların yüksəlməsini, burada istifadə olunmasını istəməyənlərdən biri də mənəm. İstəmirəm biz bu valyutaya bağlı olaq. Hamımızın problemi yaranıb. İnşallah ötüb keçəcək. Bizim torpağımızda olan bərəkət dünyanın heç bir yerində yoxdur. Bu problemi Amerika yaradıb. Hər ölkə də öz içində mücadilə aparır. Bunu bu qədər şişirtmək lazım deyil. O sözü demişəmsə də, düz etmişəm. Mahiyyəti bilib, münasibət bildirsinlər. Yazını görmədən, başlığa baxıb fikir yazmasınlar”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226608

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR