Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Dollar problemini Amerika yaradıb mən yox"

"Dollar problemini Amerika yaradıb mən yox"

Date: 25 December 2015 18:17

Xalq artisti Ağadadaş Ağayev "Dolların qalxmasına sevinirəm" sözlərinin sosial şəbəkələrdə tənqid olunmasına münasibət bildirib. 

Axşam.az-ın məlumatına görə, müğənni "Hər şey daxil" verilişində məsələ ilə bağlı bunları deyib:

"Elə bil dolları Ağadadaş yüksəldib. Dolların yüksəlməsini, burada istifadə olunmasını istəməyənlərdən biri də mənəm. İstəmirəm biz bu valyutaya bağlı olaq. Hamımızın problemi yaranıb. İnşallah, bu ötüb keçəcək. Bizim torpağımızda olan bərəkət dünyanın heç bir yerində yoxdur.

Bu problemi Amerika yaradıb. Hər ölkə də öz içində mücadilə aparır. Bunu bu qədər şişirtmək lazım deyil. O sözü demişəmsə də, düz etmişəm. Mahiyyəti bilib, münasibət bildirsinlər. Yazını görmədən, başlığa baxıb fikir yazmasınlar".

Milli.Az


Tags:  Dollar problemini Amerika yaradıb mən yox


RƏYLƏR


Top news