Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Azərbaycan və Çin arasında İKT sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycan və Çin arasında İKT sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub

Putin və Sarkisyan bu gün Dağlıq Qarabağdan danışacaqlar (15 Mart 2017 08:13)
Putin Sarkisyanla Qarabağı müzakirə edəcək (15 Mart 2017 03:04)
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə olundu (14 Mart 2017 18:08)

Tarix: 25 Dekabr 2015 18:18


Bakı, 25 dekabr, AZƏRTAC
Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Çinin informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində tanınmış “Huawei” şirkətinin nümayəndələri ilə görüş keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycanda genişzolaqlı şəbəkənin qurulması layihəsi və əməkdaşlığın perspektiv inkişafı müzakirə olunub.
“Huawei” şirkətinin baş direktoru Liu Jianvei layihə barədə ətraflı məlumat verərək bildirib ki, genişzolaqlı şəbəkənin qurulması kommunikasiya sahəsində dünyada mövcud olan ən son standartların tətbiqi üçün daha geniş imkanlar açır.
Nazir səlahiyyətlərini icra edən Ramin Quluzadə qeyd edib ki, kosmik sənayeyə malik olan Azərbaycan dövləti ölkədə keyfiyyətli rabitənin inkişafında maraqlıdır. R.Quluzadə layihənin keyfiyyətli icrası ilə yanaşı, bu işləri aparan milli kadrların hazırlanmasının prioritet olduğunu vurğulayıb və peşəkar mütəxəssislərin hazırlanması üçün nazirlik tərəfindən lazımi şəraitin yaradılacağını bildirib.
 

Teqlər:  Azərbaycan Çin arasında İKT sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub



RƏYLƏR


Top xəbərlər