Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Lütfi Zadə prezidenti təbrik etdi

Lütfi Zadə prezidenti təbrik etdi

Date: 25 December 2015 18:21

Kaliforniya Universitetinin professoru, Berkli Soft Computinq Mərkəzinin direktoru Lütfi Zadə Azərbaycan Prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.

Axşam.az aznews.az-a istinadən xəbər verir ki, təbrik məktubunda deyilir:

“Mən doğum gününüz münasibətilə Sizə ən xoş təbriklərimi çatdırmaq istərdim. Siz Azərbaycanı xalqın rifahı naminə ən yüksək bilik, siyasi bacarıq ilə idarə etmisiniz və hazırda da idarə edirsiniz. “Eurovision” mahnı müsabiqəsinin, ilk Avropa Oyunlarının və digər beynəlxalq tədbirlərin Sizin dəstəyinizlə keçirilməsi xüsusilə diqqətəlayiqdir. Dünyada çaxnaşmaların baş verdiyi bir vaxtda Azərbaycan sülh və tərəqqi içində yaşayır. Bu, olduqca nəzərəçarpan nailiyyətdir.

Sizə və ailənizə Yeni il təbriklərimi, ən xoş arzularımı da çatdırmaq istərdim. Azərbaycan və Azərbaycan xalqı qəlbimin ən isti hissəsindədir. Azərbaycanı mədəniyyətə, elmə, incəsənətə və ədəbiyyata dərin hörmət bəslənilən bir ölkəyə çevirmək üçün Sizin göstərdiyiniz təşəbbüslərdən və gördüyünüz işlərdən olduqca məmnunam. Sizin kimi bir lideri olduğu üçün Azərbaycan çox şanslıdır”.

Tags:  Lütfi Zadə prezidenti təbrik etdi

RƏYLƏR


Top news