Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Manaf Paşayev özünü asan polkovniklə eyni kamerada olmayıb - RƏSMİ

Manaf Paşayev özünü asan polkovniklə eyni kamerada olmayıb - RƏSMİ

Date: 25 December 2015 18:27

Ədliyyə Nazirliyi Penitensiar xidmət bir neçə gün əvvəl Bakı istintaq təcridxanasında (BİT) intihar edən təqsirləndirilən şəxslə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bəzi kütləvi informasiya vasitələrində BİT-də intihar etmiş, 177.3.3-cü maddəsi ilə (oğurluq) təqsirləndirilən və əvvəllər dəfələrlə məhkum edilmiş şəxs - Manaf Paşayevin ondan bir neçə gün öncə intihar etmiş digər təqsirləndirilən şəxs - hüquq-mühafizə orqanının işçisi İlqar Əliyevin kamera yoldaşı olması barədə həqiqətə uyğun olmayan və tam yalan məlumatlar yayılıb.

Ədliyyə Nazirliyinin Penitensiar xidməti bildirir ki, cəza-icra qanunvericiliyinə əsasən, əvvəllər hüquq-mühafizə orqanlarında xidmət etmiş şəxslər digər həbs edilmiş şəxslərdən ayrı saxlanılırlar. Məhz bu səbəbdən göstərilən şəxslər nəinki eyni kamerada saxlanılmayıb, hətta ayrı-ayrı rejim korpuslarında yerləşdirilib.

Heç bir həqiqəti əks etdirməyən bu kimi yanlış məlumatlar cəmiyyətdə çaşqınlıq yaratmaq məqsədini daşıyır və mətbu orqanına nüfuz gətirmir.

Qeyd edək ki, ləğv olunmuş MTN-in Antiterror Mərkəzinin rəis müavini, polkovnik İlqar Əliyev MTN ətrafında baş verən hadisələrlə əlaqədar həbs olunmuş, dekabrın 20-də intihar etmişdi.

Milli.Az


Tags:  Manaf Paşayev özünü asan polkovniklə eyni kamerada olmayıb RƏSMİ



RƏYLƏR


Top news