​Bu gündən bulvarda "Şaxta baba" və "Qar qız" lar fəaliyyətə başlayıb

​Bu gündən bulvarda "Şaxta baba" və "Qar qız" lar fəaliyyətə başlayıb
18:32 25 Dekabr 2015
72 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 25 dekabr. REPORT.AZ/ Dənizkənarı Milli Parkda 10 ədəd şam ağacı bəzədilib və bu gündən şam ağaclarının hər birinin yanında bir nəfər "Şaxta baba" və "Qar qız" fəaliyyətə başlayıb.
Bu barədə "Report"a Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov məlumat verib.
N.Məcidov bildirib ki, dekabrın 28-də səhər saat 10:00-dan başlayaraq günorta 13:00-dək bulvar ərazisindəki bütün atraksionlar, karusellər pulsuz olacaq. Aksiya 15 yaşınadək olan uşaqlar üşün nəzərdə tutulub.
N.Məcidov dekabrın 31-də yeni ilin gəlişi münasibətilə bulvarda atəşfəşanlıq olacağını da əlavə edib.

Xəbərin orijinal ünvanı: http://report.az/sosial-mudafie/bu-gunden-bulvarda-saxta-baba-ve-qar-qiz-lar-fealiyyete-baslayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR