İntihar edən müğənninin bacısı danışdı: "Əlimdən tutub..."

İntihar edən müğənninin bacısı danışdı: "Əlimdən tutub..."
18:41 25 Dekabr 2015
694 Şou
Ölkə mətbuatı
A- A+

Azərbaycanlı müğənni Elvin Ordubadlının ölümü ilə bağlı ilginc faktlar əldə edilib.

Axşam.az-ın məlumatına görə, müğənninin bacısı Zeynəb Hacıyeva big.az-a açıqlama verib:
 
"İçkili olub Elvin. İntihar edəndə yanında anam olub. Anam onun dalınca qaçsa da, tuta bilmədi. Xəstəxanada əlimdən tutub can verdi. Qardaşım çox xoşbəxt idi. Övladları üçün canını verərdi. İçkiyə qurşanandan sonra çox dəyişdi".

Xatırladaq ki, azərbaycanlı müğənni bu gün intihar edib. Hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1989-cu il təvəllüdlü Elvin Quliyev (Ordubadlı)yaşadığı binanın 5-ci mərtəbəsindən özünü ataraq intihar edib.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=43175

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR