SOCAR-ın Təqaüd Proqramı çərçivəsində hazırda 19 nəfər xaricdə bakalavr təhsili alır

SOCAR-ın Təqaüd Proqramı çərçivəsində hazırda 19 nəfər xaricdə bakalavr təhsili alır
18:43 25 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 25 dekabr, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) xaricdə təhsillə bağlı Təqaüd Proqramı çərçivəsində hazırda 19 nəfər bakalavr təhsili alır.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, dekabrın 25-də şirkətin xaricdə təhsillə bağlı Təqaüd Proqramı Müsabiqə Komissiyasının növbəti iclası keçirilib. İclasda qeyd olunub ki, istedadlı və perspektivli gənclərin SOCAR-ın vəsaiti hesabına xarici ölkələrin aparıcı universitetlərində təhsilini təşkil etmək məqsədilə Proqram çərçivəsində həyata keçirilən işlər uğurla davam etdirilir. Hazırda Proqram çərçivəsində 19 nəfər bakalavr, 27 nəfər magistr təhsili alır. Ümumilikdə isə proqrama bu günədək 268 nəfər qoşulub.
İclasda Almaniyanın Berlin Texniki Universitetində sənaye mühəndisliyi ixtisası üzrə magistr təhsili almış Orxan Quliyevin hesabatı dinlənilib. O, təhsil aldığı ixtisas və ali təhsil ocağı barədə ətraflı məlumat verib, Komissiyanın qərarı ilə SOCAR strukturunda işlə təmin olunub.
Sonra “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Böyük Britaniyanın Lids Universitetində İnsan Resurslarının idarə edilməsi ixtisası üzrə magistr təhsili almış Sevinc Sultanovanın hesabatı dinlənilib və ona təqaüdcü statusu verilərək SOCAR-da işlə təmin olunub. İclasda 2016-2017-cı tədris ili üçün xaricdə təhsillə bağlı Təqaüd Proqramının ixtisas qrupları üzrə kvotalara baxılıb və cari məsələlər müzakirə edilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/SOCAR_in_Teqaud_Proqrami_cherchivesinde_hazirda_19_nefer_xaricde_bakalavr_tehsili_alir-914461

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR