Penitensiar Xidmət: həqiqəti əks etdirməyən məlumatlar cəmiyyətdə çaşqınlıq yaratmaq məqsədi daşıyır

Penitensiar Xidmət: həqiqəti əks etdirməyən məlumatlar cəmiyyətdə çaşqınlıq yaratmaq məqsədi daşıyır
18:43 25 Dekabr 2015
38 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 25 dekabr, AZƏRTAC
Bəzi kütləvi informasiya vasitələrində Bakı İstintaq Təcridxanasında intihar etmiş, Cinayət Məcəlləsinin 177.3.3-cü maddəsi ilə (oğurluq) təqsirləndirilən və əvvəllər dəfələrlə məhkum edilmiş Manaf Paşayevin ondan bir neçə gün əvvəl intihar etmiş digər təqsirləndirilən şəxs - hüquq mühafizə orqanının işçisi İlqar Əliyevin kamera yoldaşı olması barədə həqiqəti əks etdirməyən və tam yalan məlumatlar yayılıb.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin AZƏRTAC-a daxil olan məlumatında bildirilir ki, cəza-icra qanunvericiliyinə əsasən, əvvəllər hüquq mühafizə orqanlarında xidmət etmiş şəxslər digər həbs edilmiş şəxslərdən ayrı saxlanılırlar. Məhz bu səbəbdən göstərilən şəxslər nəinki eyni kamerada saxlanılmayıb, hətta ayrı-ayrı rejim korpuslarında yerləşdirilib. Heç bir həqiqəti əks etdirməyən bu kimi yanlış məlumatlar cəmiyyətdə çaşqınlıq yaratmaq məqsədini daşıyır və mətbu orqanına nüfuz gətirmir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Penitensiar_Xidmet_heqiqeti_eks_etdirmeyen_melumatlar_cemiyyetde_chasqinliq_yaratmaq_meqsedi_dasiyir-914459

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR