“Nar” və “Uninet” müştərək kampaniyaya start verib

“Nar” və “Uninet” müştərək kampaniyaya start verib
18:53 25 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 25 dekabr, AZƏRTAC
“Nar” mobil operatoru və “Uninet” şirkəti Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində müştərək kampaniyaya start verib.
Mobil operatordan AZƏRTAC-a bildirilib ki, kampaniya çərçivəsində abunəçilər “Uninet” şəbəkəsinə pulsuz qoşularaq hədiyyə olaraq 2 aylıq ödənişsiz internetlə yanaşı, IPTV qazana bilərlər. Bundan əlavə, istifadəçilər müxtəlif internet tariflərinə pulsuz qoşulma imkanı və “Uninet” tərəfindən təqdim olunacaq 120 televiziya kanalını izləmək fürsəti qazanacaqlar.
Qeyd edək ki, yalnız Bakı ərazisində keçərli olan “Nar & Uninet” kampaniyası 2016-cı il yanvarın 31-dək qüvvədədir. Kampaniyaya qoşulmaq üçün abunəçilər birdəfəlik 5 manat və ya daha artıq məbləğdə ödəniş etməklə balanslarını artırmalıdırlar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Nar_ve_Uninet_musterek_kampaniyaya_start_verib-914465

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR