​SOCAR-ın xaricdə təhsillə bağlı Təqaüd Proqramı Müsabiqə Komissiyasının növbəti iclası keçirilib

​SOCAR-ın xaricdə təhsillə bağlı Təqaüd Proqramı Müsabiqə Komissiyasının növbəti iclası keçirilib
18:57 25 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 25 dekabr. REPORT.AZ/ SOCAR-ın Xaricdə təhsillə bağlı Təqaüd Proqramı Müsabiqə Komissiyasının növbəti iclası keçirilib. Bu barədə "Report"a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, istedadlı və perspektivli gənclərin SOCAR-ın vəsaiti hesabına xarici ölkələrin aparıcı universitetlərində təhsilini təşkil etmək məqsədi ilə Proqram çərçivəsində həyata keçirilən işlər uğurla davam etdirilir. Hazırda Proqram çərçivəsində 19 nəfər bakalavr, 27 nəfər magistr təhsili alır. Ümumilikdə isə proqrama bu günədək 268 nəfər qoşulub.
İclasda Almaniyanın Berlin Texniki Universitetində sənaye mühəndisliyi ixtisası üzrə magistr təhsili almış Orxan Quliyevin hesabatı dinlənilib. O, təhsil aldığı ixtisas və ali təhsil ocağı barədə məlumat verib, Komissiyanın qərarı ilə SOCAR strukturunda işlə təmin olunub.
Sonra “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Böyük Britaniyanın Lids Universitetində İnsan Resurslarının idarə edilməsi ixtisası üzrə magistr təhsili almış Sevinc Sultanovanın hesabatı dinlənilmiş və ona təqaüdcü statusu verilərək SOCAR-da işlə təmin olunub. İclasda 2016-2017-cı tədris ili üçün xaricdə təhsillə bağlı Təqaüd Proqramının ixtisas qrupları üzrə kvotalara baxılıb, cari məsələlər müzakirə olunub.

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/socar-in-xaricde-tehsille-bagli-teqaud-proqrami-musabiqe-komissiyasinin-novbeti-iclasi-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR