Məktəblilərin "Olimpiya Hərəkatı” proqramında 50 000 şagird iştirak edir

Məktəblilərin "Olimpiya Hərəkatı” proqramında 50 000 şagird iştirak edir
19:03 25 Dekabr 2015
23 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Beynəlxalq Olimpiya Komitəsinin və Olimpiya Oyunlarının Ümumdünya tərəfdaşı olan “Coca-Cola” şirkəti, Azərbaycan Milli Olimpiya Komitəsi (MOK), Gənclər və İdman Nazirliyi, həmçinin Təhsil Nazirliyinin dəstəyi ilə başlayan “Olimpiya Hərəkatı” adlı məktəblilərin idman proqramının ilk və ən kütləvi mərhələsi olan məktəbdaxili yarışlarda 50 000 şagird iştirak edib.

Proqramın əsas məqsədi “Bakı 2015” Avropa Oyunlarının sosial və idman irsini davam etdirərək məktəblilər arasında atletika, velosiped idmanı, basketbol 3x3 və badminton idman növləri üzrə məktəb və şəhər yarışları keçirməklə şagirdləri sağlam və aktiv həyat tərzinə cəlb etmək, həmçinin Olimpiya dəyərlərini təşviq etməkdən ibarətdir.

“Olimpiya Hərəkatı” Azərbaycanda məktəblilər üçün nəzərdə tutulmuş kütləvi idman proqramıdır. Sözügedən proqram Bakı şəhərinin 400-ə yaxın orta ümumtəhsil məktəblərində təhsil alan 50 mindən çox şagirdi birbaşa olaraq müntəzəm şəkildə yüngül atletika, velosiped idmanı, basketbol və badminton idman növləri üzrə fiziki fəaliyyətlərə cəlb edəcək. Bu 4 idman növü üzrə məktəbdaxili yarışlar ilə başlayan proqram məktəblərarası və Bakı Birinciliyi yarışları ilə davam edəcək. Ölkədə ən irimiqyaslı məktəbli idman hadisəsi olacaq Bakı Birinciliyi yarışları növbəti ilin əvvəlində “Bakı 2015” İlk Avropa Oyunlarının yarış obyektlərində keçiriləcək.
Məktəblilərin Bakı birinciliyi Yay Olimpiya Oyunlarının proqramına daxil olan idman növləri üzrə Beynəlxalq İdman Federasiyalarının təsdiq etdiyi qaydalar və “Olimpiya sistemi” əsasında keçirilir.

Şagirdlərin yarışlar zamanı təhlükəsizliyi, həmçinin artıq yüklənməməsi üçün bütün yarışlar Baş Hakimlər Kollegiyasının tərtib və təsdiq etdiyi sadələşdirilmiş şərtlərlə həyata keçirilir. Hədəf idman növləri üzrə yarışların keçirilməsinə Baş Hakimlər Kollegiyası rəhbərlik edir.

Ümumilikdə 400-ə qədər məktəbləri əhatə etmiş proqram 12-16 yaş arası şagirdlərin iştirakı ilə məktəbdaxili yarışlar keçirilib. Milli idman federasiyalarının dəstəyi ilə keçirilmiş şən, inklüziv və təhlükəsiz yarışlarda 30%-i qızların təşkil etdiyi 50 minə yaxın məktəbli iştirak edib. “Olimpiya Hərəkatı” proqramında şagirdlərə dəstək olan məşqçi və müəllimlərin sayı 1 500-dən çoxdur. Onlardan 700 nəfəri proqram çərçivəsində keçirilmiş təqdimat və yarışlardan öncə baş tutmuş təlimatlandırıcı sessiyalarda iştirak edib. Şagirdləri 5 minə yaxın tamaşaçı dəstəkləyib.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2474346.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR