Çilinin baş məşqçisi Xorxe Sampaolonın mövsümün sonunda "Çelsi"nin baş məşqçisi olmaq ehtimalı var.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, Cənubi amerikalılara qitə kubokunu qazandıran argentinalı mütəxəsis bunları deyib:
"Mənim taleyim yanvarın 4-də baş tutacaq prezidet seçkilərindən asılıdır. Yeni prezidentin bizim layihəni bəyənib-bəyənməməsi mənim üçün həlledici olacaq. Təklifləri nəzərdən keçirməzdən öncə Çili millisi üçün layihəmi federasiyaya təqdim edəcəm. Mənimlə maraqlanan klublara deyəcəyim söz budur. Argentina millisində işləmək xəyalımdır. Çünki Argentina vətənimdir. Millidə oynamaq istəsəm də, buna nail olmamışdım. Bir zaman ona rəhbərlik etməyi həmişə arzulayacam".
Milli.Az