Rusiyada neft hasilatı bir ildə 16 faiz artıb

Rusiyada neft hasilatı bir ildə 16 faiz artıb
19:13 25 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 25 dekabr, Nihad Budaqov, AZƏRTAC 
Rusiyada bu il kontinental şelfində neft hasilatı 16 faiz artaraq 18,8 milyon ton olub.
AZƏRTAC RİA Novosti saytına istinadla xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak məlumat verib. O bildirib ki, Rusiyada kontinental şelfində hasilat 16,2 milyon tondan 18,8 milyon tona çatıb. Nazir artımın Oxot, Peçora və Xəzər dənizindəki kontinental şelfi sayəsində reallaşdığını bildirib.
Rusiyanın Energetika Nazirliyinin məlumatlarına görə, neft hasilatı Oxot dənizi şelfində 15 faiz artaraq 15,952 milyon ton, Peçora dənizindəki şelfdə 2 dəfə artımla 78 min ton, Xəzər dənizi kontinental şelfində isə 12,3 faiz artaraq 1,639 milyon ton olub.
A.Novak Rusiyanın neft ixracının son 6 ildə ilk dəfə bu il 7,5 faiz artaraq 221,3 milyon tondan 238 milyona çatdığını bildirib. Ölkədə benzin istehsalının isə bu il 1,6 faiz artaraq 38,9 milyon tona çatdığını deyən A.Novak dizel yanacağının istehsalının 2,2 faiz azalaraq 75,6 milyon ton olduğunu qeyd edib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Rusiyada_neft_hasilati_bir_ilde_16_faiz_artib-914475

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR