Azərbaycan alimləri “Thomson Reuters” elmi-analitik platformalarından istifadə edəcəklər

Azərbaycan alimləri “Thomson Reuters” elmi-analitik platformalarından istifadə edəcəklər
19:13 25 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 25 dekabr, AZƏRTAC 
Azərbaycan Təhsil Nazirliyi ilə “Thomson Reuters” şirkətinin elmi tədqiqatlar və intellektual mülkiyyət şöbəsi arasındakı əməkdaşlıq haqqında müqaviləyə müvafiq olaraq ölkəmizin 40 ali məktəbi Nazirliyin sifarişi ilə dünyanın ən tanınmış istinad indeksindən – “Thomson Reuters Web of Science” platformalarından istifadə edəcək.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyinin təhsil sektorunun İnkişafı layihəsində ictimaiyyətlə əlaqələr sahəsində institusional inkişaf üzrə əlaqələndiricisi Elçin Sərdarov məlumat verib.
Azərbaycan tərəfindən sazişi imzalayan təhsil naziri Mikayıl Cabbarovun sözlərinə görə, tanınmış elmi-analitik informasiya resursu ilə əməkdaşlıq Azərbaycanda elmi fəaliyyətin inkişafına, onun keyfiyyət səviyyəsinin və dünyada ölkənin elmi nüfuzunun artmasına kömək edir.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə də ali təhsil ocaqları üçün qlobal elmi baza olan “WebofScience” platformasından və “İnCites” bazasından istifadə imkanlarının yaradılmasının əhəmiyyətini yüksək qiymətləndirir.
“Thomson reuters” tərəfindən sazişi imzalayan, şirkətin dövlət layihələri üzrə prezidenti Sameh Əl-Din Azərbaycandakı tərəfdaşlarının nikbinliyini bölüşərək deyib: “Ümidvarıq ki, məşhur “Thomson Reuters” elmi platformasından geniş istifadə olunması Azərbaycanda elmin və beynəlxalq əlaqələrin inkişafına, yerli tədqiqatçıların yazılarının sayının artmasına güclü təkan verəcək”.
“Thomson Reuters İn Cites” dünya üzrə ali məktəblərin və elm sahələrinin məhsuldarlığını təhlil etməyə imkan verən elmi tədqiqatları qiymətləndirmə vasitəsidir. Hazırda “İnCites” platformasından 7 mindən çox tanınmış universitet, tədqiqat institutu, dövlət idarəsi və şirkəti istifadə edir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_alimleri_Thomson_Reuters_elmi_analitik_platformalarindan_istifade_edecekler-914474

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR